Nazirlər Kabineti “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişiklik edib.
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin Qərarının hazırlanmasının məqsədi gömrük sərhəd buraxılış məntəqələrində qanunvericiliyin tələblərinə ciddi riayət olunaraq daha səmərəli və sürətli keçidin təmin edilməsidir.
Fiziki şəxslər tərəfindən müxtəlif malların gömrük sərhədindən keçirilməsi, o cümlədən turist axınının çoxalması müasir dövrün tələblərinə uyğun olaraq fiziki şəxslər üzərində səmərəli gömrük nəzarətinin həyata keçirilməsi və onlar tərəfindən təqdim olunan sadələşdirilmiş bəyannamənin daha dolğun və anlaşılan olması zərurətini yaradıb.
Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Rezidentlər və qeyri-rezidentlər tərəfindən milli valyutanın nağd şəkildə və milli valyutada ifadə olunmuş qiymətli kağızların Azərbaycan Respublikasından çıxarılması və Azərbaycan Respublikasına gətirilməsi zamanı bəyan edilməsi Qaydası”na əsasən rezident və qeyri-rezident fiziki şəxslər 20000 (iyirmi min) manat və ondan yuxarı məbləğdə olan nağd milli valyutanı (kağız və metal pul nişanları) və milli valyutada ifadə olunmuş qiymətli kağızları gömrük orqanlarına yazılı formada tam məbləğdə bəyan etməklə gömrük sərhədindən keçirə bilərlər.
Bundan əlavə Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edilməsi haqqında” Nazirlər Kabinetinin Qərarı ilə bu Qaydaların 1 nömrəli əlavəsi - “Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların Siyahısı”nda da dəyişiklik edilib.
Göstərilənləri nəzərə alaraq “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın 10 nömrəli əlavəsinin yeni formada tərtib olunmasına zərurət yaranıb.
Qərarın qəbulu gömrük sərhəd buraxılış məntəqələrində fiziki şəxslər üzərində gömrük nəzarətinin dəqiq aparılması ilə yanaşı, gömrük sərhəd buraxılış məntəqələrində daha səmərəli və effektiv gömrük işinin təşkilinə müsbət təsirini göstərəcək.
"Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları"na 10 nömrəli əlavə



* 2.1-ci, 2.3-cü və 2.4-cü bəndlərdə qeyd olunan hədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1-ci bəndi ilə müəyyən olunur.
** Mallar gömrük ərazisinə müvəqqəti gətirildikdə və ya gömrük ərazisindən müvəqqəti aparıldıqda, onların müvəqqəti qalma müddəti göstərilir.
*** Gömrük dəyəri dedikdə, malların Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 302-ci maddəsinə uyğun olaraq bəyan edilən dəyəri nəzərdə tutulur.



Azərbaycanda gömrük qaydaları ilə bağlı YENİ QƏRAR
Gömrük sərhədindən malların və avtomobillərin keçirilməsi qaydasında dəyişiklik edilib
Baş Nazirdən xarici nömrəli maşınlarla bağlı mühüm QƏRAR
Nazirlər Kabinetinin 300 dollarlıq LİMİT QƏRARI qüvvəyə mindi
90 gün məhdudiyyət... - Nazirlər Kabiteni qərar qəbul etdi
Bu qaydalarda dəyişiklik edildi
Prezidentdən gömrüklə bağlı təklif
Gömrükçülər “Sədərək”də rüşvət alır? - Rəsmi
Gömrükdən keçirilən mallara qoyulan məhdudiyyətlərlə bağlı RƏSMİ AÇIQLAMA
Nazirlər Kabineti qaydalara dəyişiklik etdi
DGK mobil telefonlarla bağlı əhaliyə müraciət etdi
Son qərar ölkədə qiymət artımına səbəb olacaq?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 