Xarici İşlər naziri Elmar Məmmədyarovun Türkiyə Cümhuriyyətinin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı baş tutub. XİN-dən ONN media -ya verilən məlumata görə, nazir Elmar Məmmədyarov həmkarına Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhəddinin Tovuz istiqamətində hərbi təxribatının qarşısının alınması və hazırda bölgədə davam edən gərgin vəziyyət barədə məlumat verib. Bölgədəki artan gərginliyin bütün məsuliyyətinin Ermənistan üzərində olduğunu qeyd edən nazir E.Məmmədyarov ümumiyyətlə məsələnin kökündə Ermənistanın təcavüzkar siyasəti və bu siyasətin nəticələrinin aradan qaldırılmaması durduğunu vurğulayıb. O, Türkiyənin ədalətli mövqeyinə və Ermənistanın son təxribatını pisləyən bəyanatına görə təşəkkür ifadə edib. Nazir Mövlud Çavuşoğlu Azərbaycanın mövqeyinin ədalətli olduğunu, beynəlxalq hüququn prinsiplərinə, o cümlədən BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT TŞ-nin qətnamələrinə əsaslandığını qeyd edib və Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirib.
SON DƏQİQƏ: Çavuşoğlu Məmmədyarova zəng etdi



Nazir Avropa İttifaqını cəbhədəki vəziyyətlə bağlı məlumatlandırdı
Ceyhun Bayramov Çavuşoğlu ilə telefonla danışdı
Xarici İşlər Naziri ATƏT-in Baş katibi ilə görüşüb
Çavuşoğlu Azərbaycana belə dəstək oldu
Bayramov və Çavuşoğlu son vəziyyəti MÜZAKİRƏ ETDİLƏR
Çavuşoğlu Kuleba ilə Ukraynadakı son vəziyyəti müzakirə etdi
Bayramov Çavuşoğlu ilə DANIŞDI
Çavuşoğlu Blinkenlə danışdı
Bayramov Çavuşoğlu ilə danışdı - SON DƏQİQƏ
SON DƏQİQƏ: Bayramov Çavuşoğlu ilə bölgədəki son vəziyyəti MÜZAKİRƏ ETDİ
Məmmədyarov Çavuşoğlu ilə telefonla danışdı
Türk dövlətlərinin xarici işlər nazirləri Bakıda toplandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 