"Rusiya Azərbaycan-Ermənistan sərhədində eskalasiyanın qarşısını almaq üçün konkret addımlar atır". ONN media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova keçirdiyi brifinq zamanı söyləyib. O bildirib ki, atəşkəs rejiminin pozulması halları azalıb, lakin gərginlik qalmaqdadır: "Gərginliyin daha da artacağının qarşısını almaq üçün ATƏT-in Minsk Qrupu həmsədrlərindən biri kimi, həm də müstəqil olaraq konkret addımlar atırıq. Ötən həftə bölgədəki vəziyyət Minsk Qrupunun iclasında, daha sonra bütün üzvlərin iştirakı ilə ATƏT Daimi Şurasında müzakirə edildi. Minsk Qrupu həmsədrləri tərəflərlə daim əlaqə saxlayır". Zaxarova qeyd edib ki, BMT Katibliyi ilə məsləhətləşmələr planlaşdırılır: "Yerevan və Bakı atəşkəsin möhkəmləndirilməsi və danışıqlar prosesinin intensivləşdirilməsinə yönəlmiş müxtəlif təşəbbüslərlə çıxış edir. Biz bunları tərəflərlə müzakirə edirik. Ümid edirik ki, beynəlxalq səyahət məhdudiyyətləri qaldırıldıqdan sonra münaqişənin həlli ilə əlaqəli bütün mövzuları əsaslı şəkildə işləmək mümkün olacaq". Xatırladaq ki, iyulun 12-də günorta saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisindəki hissəsində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələrinin bölmələri artilleriya qurğularından Azərbaycan mövqelərini atəşə tutublar. Görülən müvafiq tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilib.
Rusiyadan Tovuz hadisələri ilə bağlı SON AÇIQLAMA



Rəsmi Moskvadan Dağlıq Qarabağ AÇIQLAMASI
Minsk Qrupunu ləğv ediblər - Lavrov
Azərbaycan və Ermənistan XİN başçılarının görüşü hansı tarixdə keçiriləcək?
Həmsədrlərdən cəbhədəki vəziyyətlə bağlı BƏYANAT
"Ermənistan özünü kifayət qədər gülünc vəziyyətə qoyur" - Leyla Abdullayeva
Rusiyadan çağırış: ATƏŞİ DAYANDIRIN!
Azərbaycan və Ermənistan XİN rəhbərləri nə zaman görüşəcək? - AÇIQLANDI
Rusiya XİN xüsusi nümayəndə təyin edib
TƏCİLİ: Qarabağla bağlı Cenevrə görüşü TƏXİRƏ SALINDI
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş başladı
Minsk Qrupunun Rusiyadan olan həmsədri DƏYİŞDİRİLDİ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 