Koronavirusdan sağalmış şəxs ona ikinci dəfə yoluxa bilər.
ONN media xəbər verir ki, bunu açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, hələlik Azərbaycanda belə bir şey baş verməyib: "Ümumiyyətlə yoluxucu xəstəliklərin hamısında ikinci dəfə yoluxma mümkündür. İnsan əgər xəstəliyə yoluxdusa, onda bu xəstəliyə qarşı immunitet yaranır. Elə yoluxucu xəstəliklər var ki, sağaldıqdan sonra ona qarşı yaranan immunitet davamlı olur, ancaq buna baxmayaraq belə infeksiyalara qalib gəlmiş şəxslərin təkrar eyni xəstəliyə yoluxması mümkündür. Lakin təkrar yoluxma halında xəstəlik yüngül keçir, güclü bir ağırlaşma müşahidə olunmur. Bəzi infeksion xəstəliklərdə isə immunitet qısa müddətli, məsələn, 6 ay olur. Biz hələlik koronavirus barədə bir çox şeyi bilmirik. Yaranan immunitetin qüvvəsi nə qədərdir, neçə müddət bizi qoruya biləcək? Təbii ki, hətta davamlı immunitet yaransa belə, bütün infeksiyalarda olduğu kimi koronavirusa təkrar yoluxma mümkündür. Ancaq hələlik Azərbaycanda belə bir şey baş verməyib”. C.İsayev məktəblərin açılması ilə bağlı səsləndirilən təkliflərdən də danışıb. Onun sözlərinə görə, yeni tədris ilinin başlanılması ilə bağlı verilən tövsiyə və göstərişlərə əməl olunmalıdır.Baş infeksionistdən koronavirusla bağlı — BƏD XƏBƏR: 6 ay...



Öpüşüb-görüşməkdən imtina edin! - Professor
Koronavirusdan sağalan insanlar yenidən yoluxa bilərlər - RƏSMİ
COVID-19-a təkrar yoluxmaq olarmı?
ÜST: “Kütləvi immunitet qurtuluş yolu deyil”
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət necədir?
Korona üçün isti havaya ümid etməyin – Həkim
Peyvənd virusun bütün növlərinə qarşı immunitet yaradır?
Rusiyalı həkimdən açıqlama- 2 aya koronavirus...
20 yaşdan yuxarı şəxslərdə koronaya yoluxma artır - Həkim
Bu 4 halda koronaya yenidən yoluxma baş verir
Qızılca xəstəliyinə ikinci dəfə yoluxmaq mümkündür?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 