Son günlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında baş verən hadisələrə, təcavüzkar Ermənistanın mülki vətəndaşlarımızı, uşaqları qətlə yetirməsi, müxtəlif şəhərlərimizi atəşə tutmasına Qazaxıstanda, yerli xalq arasında böyük etiraz müşahidə olunur. Paytaxt Nursultanda yerləşən Beynəlxalq Türk Akademiyasının və Qazaxıstan tərəfinin birgə təşəbbüsü ilə tarixi, əlamətdar günlərdə Azərbaycana dəstək məqsədilə həyata keçirilən bu aksiya qardaş qazax xalqının Azərbaycan xalqına mənəvi dəstəyinin ifadəsi hesab oluna bilər. Həm də 18 oktyabr Dövlət Müstəqilliyimizin Bərpası günü münasibətilə dalğalandırılan bayraq yerli sakinlərin də ürəyincə olub. Erlan Karimov: “Arzu edirəm ki, Azərbaycan torpaqları geri qaytarılsın və bu münaqişə sülh yolu ilə həll olsun”-deyib. Manatbek Şepigğazi isə ötən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Gəncə şəhərinə edilən hücum barədə xəbərləri mediadan öyrəndiyini ,dinc insanlara, körpə uşaqlara qarşı yönələn bu vəhşi aktı pisləyini söyləyib. Digər şəhər sakinləri Kayrat Janabayev, Serik Yakubov da Azərbaycan xalqını dəstəklədiklərini , Nursultanda Azərbaycanın qələbəsinin şərəfinə Azərbaycan bayrağı qaldırılmasından məmnun olduqlarını bildiriblər. Azərbaycanın öz tarixi torpaqlarını geriyə alması Qazaxıstan paytaxtının mərkəzində və digər şəhərlərində yerli xalq tərəfindən böyük coşqu ilə qarşılanır. Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərinin mərkəzində paytaxtın ən böyük binalarından birinin üzərindəki elektron tabloda Azərbaycana dəstək məqsədilə dövlət bayrağımız iki gün müddətində dalğalandırılacaq.
Qazaxıstan paytaxtının ən böyük binalarından birinin üzərində Azərbaycan bayrağı... - FOTO



Ölkə başçısı: Qazanılmış Qələbə işğalçını təslim olmağa məcbur edib
Ermənistan dövlət səviyyəsində terror həyata keçirir
ABŞ-da CNN qarşısında aksiya keçirildi
Bayramov rus həmsədrlə danışdı
Böyük Britaniyada soydaşlarımız etiraz aksiyası keçirdi - FOTOLAR
XİN -dən atəşkəslə bağlı AÇIQLAMA
Ərdoğandan Azərbaycan xalqına BÖYÜK DƏSTƏK
Ermənilərin Gəncədə törətdikləri terrordan 2 il keçir
Ermənistanın arxasında kim dayanırsa-dayansın, Azərbaycan qalib gələcək
Azərbaycanlılar BMT-nin qarşısında aksiya keçirdi
Gəncə terrorundan 3 il ötür
Hikmət Hacıyev Gəncənin vurulmağından danışdı
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı 