Bu ilin 11 oktyabr tarixində Azərbaycan tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ilə ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri İqor Popov arasında telefon danışığı baş tutub. Xarici İşlər Nazirliyindən ONN media -ya verilən məlumata görə, nazir Ceyhun Bayramov humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan sonra belə Ermənistanın azərbaycanlı mülki şəxsləri və obyektləri qəsdən atəşə tutmaqda davam etdiyi barədə qarşı tərəfə məlumat verib. Nazir humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan bir neçə saat sonra Ermənistan silahlı qüvvələrinin cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində etdiyi hücum cəhdi, erməni əsgərlərinin cəsədlərini yığan və üzərinə aydın şəkildə ağ bayraq sancılan sanitar maşının Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması və təmas xəttindən uzaq yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalmasını diqqətə çatdırıb. Nazir Gəncəyə edilən hücum nəticəsində 9 mülki şəxsin həlak olduğu, o cümlədən aralarında azyaşlı uşaqlar olmaqla, 35 nəfərin yaralandığı diqqətə çatdırılıb. Nazir bölgədə yaranmış vəziyyətə görə tam məsuliyyətin Ermənistan siyasi-hərbi rəhbərliyinin üzərində olduğunu bildirib. ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə edib və əldə edilmiş Moskva razılaşmasının şərtlərinə riayət edilməsinin vacibliyini vurğulayıb.
Bayramov rus həmsədrlə danışdı



Ceyhun Bayramovla BMT-nin Baş katibi arasında telefon danışığı oldu
Erməni riyakarlığı: əsgərlərinin cəsədlərini yığan ağ bayraqlı tibbi maşını atəşə tutdular
Bayramov və Çavuşoğlu son vəziyyəti MÜZAKİRƏ ETDİLƏR
Ceyhun Bayramovla rusiyalı həmsədr arasında telefon danışığı oldu
Azərbaycan və Ukrayna XİN başçıları arasında telefon danışığı oldu
Ceyhun Bayramov Aİ rəsmisinə erməni təxribatından danışdı
Bayramov Borelə Gəncənin atəşə tutulması barədə məlumat verdi
Ceyhun Bayramov ABŞ Dövlət katibinin müavini ilə danışdı
Ceyhun Bayramovla Sergey Lavrov cəbhədəki vəziyyəti MÜZAKİRƏ ETDİ
Əfqanıstan növbəti dəfə Azərbaycana dəstək verdi
Nazir iraqlı həmkarı ilə danışdı
Bayramov Moskvaya yola düşür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 