Bu gündən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin müharibədən zərər çəkən vətəndaşlar üçün onlayn “Psixoloji dəstək xətti” (050 406 75 85) fəaliyyətə başlayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyindən ONN media -ya verilən məlumata görə, psixoloji dəstək xəttinin açılmasında məqsəd müharibədən zərər çəkən insanlara operativ psixoloji yardımın göstərilməsidir. Agentliyin psixoloq və psixiatrları tərəfindən göstəriləcək yardım onlayn şəkildə həyata keçiriləcək. Belə ki, mütəxəssislər vətəndaşlara həm telefon zəngi vasitəsilə səsli, həm də videogörüntü (“ZOOM” və digər proqramlar vasitəsilə) formasında dəstək olacaqlar. Qeyd olunan telefon nömrəsinə zəng edən vətəndaş ona göstəriləcək psixoloji dəstəyin formasını (telefon danışığı və ya videogörüntü) özü seçəcək. Vətəndaşın müraciəti qeydiyyata alındıqdan sonra aidiyyəti üzrə yönləndiriləcək. Mütəxəssislərdən ibarət xüsusi qrup müraciəti araşdırdıqdan sonra vətəndaşa məhz hansı istiqamətdə yardım göstəriləcəyinə qərar verərək, onunla əlaqə yaradacaq. "Psixoloji dəstək xətti” möhtəşəm Qələbəmizlə başa çatan Vətən müharibəsinin iştirakçıları olan hərbçilər, onların yaxınları, şəhid ailələri və eləcə də düşmənin terror hücumları nəticəsində yaxınları həlak olan, dərin sarsıntı keçirən insanlara fasiləsiz və sürətli psixoloji xidməti təmin edəcək.
Müharibədən zərər çəkənlər üçün yeni xidmət fəaliyyətə başladı



Zorakılıqla üzləşənlərin DİQQƏTİNƏ
Ukraynada müharibədən əziyyət çəkən uşaqlar Bakıya gətirildi
DİQQƏT- Vətəndaşlara psixoloji yardım göstəriləcək
Şəhid ailələrinə və qazilərə ödənəcək təqaüdlərin MƏBLƏĞİ AÇIQLANDI
65 yaşdan yuxarı şəxslərə göstəriləcək sosial xidmətlər açıqlandı
Ukraynadan daha 30 uşaq Azərbaycana gətirildi
Bu şəxslər pulsuz psixoloji yardım ala bilər
Azərbaycanda küçəyə çıxması yasaqlanan insanların sayı - RƏSMİ
DOST mərkəzlərinə yeni səlahiyyətlər verildi – QƏRAR
Nazirlik: Sosial xidmət mərkəzlərinin sayı artırılacaq
Bu nazirlik Silahlı Qüvvələrə dəstək oldu
Deputat seçilən 5 məmur işdən ÇIXARILDI
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 