10 noyabrda imzalanan Üçtərəfli razılaşmaya əsasən, ermənilər keçmiş Əsgəran rayonunun Şelli kəndini də boşaltmağa başlayıblar. ONN media xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Bundan başqa Azərbaycana təhvil verilən kəndlər arasında Əsgəranın Xaçındərbətli kəndi də var. Məlumatda keçmiş Əsgəran rayonunun daha bir neçə kəndinin isə Azərbaycan Ordusu tərəfindən azad edildiyi xatırladılıb. Qeyd edək ki, Azərbaycanda Əsgəran inzibati rayonu ləğv edilib və onun kəndləri Xocalı rayonuna birləşdirilib. Bir neçə kənd isə Ağdam rayonuna daxil edilib. Ermənilərin təhvil verməyə hazırlaşdığı Şelli və Xaçındərbətli kəndləri Ağdam rayonuna aiddir. Azərbaycan Ordusu isə Xocalı rayonunun Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Şuşakənd, Muxtar, Daşaltı kəndlərini 9 noyabr 2020-ci ildə işğaldan azad edib. Bundan əlavə, ötən gün ləğv edilən Ağdərə rayonunun Ağdam rayonunun tərkibinə verilmiş 5, Tərtər rayonunun tərkibinə verilmiş 2 kəndi də ermənilər tərəfindən boşaldılıb. Bu kəndlər də 20 noyabra qədər Azərbaycana təhvil verilməlidir.
SON DƏQİQƏ: ermənilər daha 2 KƏNDİ BOŞALDIR



Madagiz düşmən tərəfindən nə vaxt işğal edilmişdi?
SON DƏQİQƏ: Ağdərənin bu kəndləri də AZƏRBAYCANA QAYTARILIR
SON DƏQİQƏ: İşğaldan azad edilən iki kəndin ADI DƏYİŞDİRİLDİ
Daha bir kənd Azərbaycana qaytarıldı
Bəzi rayonların inzibati əraz bölgüsü qismən dəyişdi
7 iyul Ağdərənin işğalından 26 il ötür
Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur - RƏSMİ
İşğaldan azad olunan daha iki kəndin adı qaytarılır
Bu ərazilər Xocavəndə verilir
İşğaldan azad edilən Düdükçü kəndinin - FOTOSU
Ağdərə rayonu yenidən yaradılır
Ermənilər Tovuzun 3 kəndini ATƏŞƏ TUTDULAR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 