Unutmayaq, unutdurmayaq!
Bu gün - iyulun 7-si Azərbaycanın Tərtər rayonunun tərkibinə daxil olan Ağdərənin və ətraf kəndlərin işğalından 26 il ötür. Ağdərə rayonu Dağlıq Qarabağdakı bir çox ərazilər kimi Qarabağ müharibəsinin başlanğıcında erməni silahli qüvvələrinin nəzarəti altına keçirib.
1992-ci ildə Azərbaycan Ordusunun hücumu nəticəsində Ağdərə rayonu ərazisinin bir çox hissəsi erməni işğalçılarından azad edilir. Bir il boyunca Ağdərə şəhəri ətrafındakı kəndlərdə və yüksəkliklərdə aramsız döyüşlər gedib. 1993-cü il 7 iyul tarixində Ağdərə şəhərini və rayonun bir çox kəndlərini ermənilər yenidən işğal edir.
Hal-hazırda Ağdərə rayonunun bir neçə kəndi Azərbaycanın nəzarətində olsa da, Ağdərə şəhəri də daxil olmaqla, bir çox əraziləri ermənilərin nəzarəti altındadır.
Eyni zamanda qeyd edək ki, 2016-cı ilin aprelində Azərbaycanın Qarabağ bölgəsində son qanlı döyüşlərin əsas istiqamətlərindən biri keçmiş Ağdərə rayonunun ərazisi oldu. Silahlı Qüvvələrimiz Qarabağda atəşkəsi pozan Ermənistan ordusuna qarşı cavab tədbiri zamanı bu istiqamətdə Seysulan kəndinini və Talış kəndinin ətrafındakı yüksəklikləri azad edib.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah qisas günümüzü yaxın etsin.



İyulun 7-si Ağdərənin işğal olduğu gündür
Ağdərənin ermənilər tərəfindən işğalından 27 il keçir
Ağdərə rayonu yenidən yaradılır
SON DƏQİQƏ: Ağdərənin bu kəndləri də AZƏRBAYCANA QAYTARILIR
Suqovuşanın azad edilməsindən dörd il ötür
Ağdərənin son görüntüləri yayıldı - Foto
Madagiz düşmən tərəfindən nə vaxt işğal edilmişdi?
Ağdərənin işğalından 26 il ötür
İşğalı altındakı Ağdərə rayonu tamamilə qazsız qalıb
Bu ərazilər Azərbaycanın nəzarətinə keçir - Şahnazaryan
SON DƏQİQƏ: ermənilər daha 2 KƏNDİ BOŞALDIR
Suqovuşanın azad edilməsindən 2 il ötür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 