Rusiyanın Qarabağdakı sülhməramlılarına qarşı hər hansı bir təxribat qeydə alınmayıb. ONN media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS-a müsahibəsində bildirib. Nazir qeyd edib ki, Qarabağdakı vəziyyətin normallaşması tendensiyası müşahidə olunur: “Biz rəsmi Bakı və İrəvanın öz öhdəliklərini yerinə yetirmək və vəziyyətin ümumi sabitləşməsi istiqamətində çalışmaq niyyətlərini məmnunluqla qarşılayırıq. Ortaya çıxan məsələlərin həllində tərəflərin göstərdikləri yüksək səviyyədə əməkdaşlığı vurğulamaq istərdim. Rusiya da öz növbəsində atəşkəsin qarantı vəzifəsini məsuliyyətlə və effektiv şəkildə yerinə yetirməyə davam edir”. Lavrovun sözlərinə görə, yeganə pozuntu 13 dekabr tarixində Rusiya sülhməramlılarının olmadığı təmas xəttində meydana gəlib: “Sülhməramlı kontingentimizin komandanlığı tərəfindən azərbaycanlı və erməni tərəfdaşlarla təmaslarda atılan vacib addımlar hadisənin böyüməsinin qarşısını almağa kömək etdi. Atəşkəsin pozulmasının qarşısını almaq üçün səylərimizi göstərməyə davam edəcəyik”. Qeyd edək ki, Lavrov erməni silahlılarının 27 dekabr terroruna toxunmayıb.
Lavrovdan sülhməramlılarla bağlı SON AÇIQLAMA



Lavrov Mnatsakanyan ilə telefon danışdı
Qarabağdakı sülhməramlılarla bağlı SON XƏBƏR
Ceyhun Bayramovla Sergey Lavrov cəbhədəki vəziyyəti MÜZAKİRƏ ETDİ
Qarabağla bağlı SON AÇIQLAMA - VİDEO
Rusiyanın bir neçə naziri Lavrovla birgə Bakıda
Qarabağa rus hərbçilər gedə bilər, amma... - Lavrovdan AÇIQLAMA
Lavrovdan Türkiyə ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI
Rusiya MN-dən Laçın yolundakı aksiya ilə bağlı açıqlama
Rusiyadan Qarabağla bağlı SON AÇIQLAMA
Lavrov Azərbaycana səfərə gəlib
Qarabağda SON VƏZİYYƏTİ Konaşenkov açıqladı
Lavrovdan SON DƏQİQƏ ZƏNGƏZUR AÇIQLAMASI
Günün qoroskopu: Sükan arxasında diqqətli olun
MN təstiqlədi- ÖZ QIRICIMIZDIR
Cəbrayılda mina partladı
DİQQƏT- Qəbul ləğv edildi
Pensiya alanların NƏZƏRİNƏ
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ 