Türkiyə Silahlı Qüvvələrinin ən əhatəli qış təlimi 1-12 fevral tarixlərində Qarsda keçiriləcək. ONN media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Silahlı Qüvvələrinin də iştirak edəcəyi “Qış 2021” təlimində tank bölükləri, artilleriya batareyaları, snayper komandaları, Xüsusi Təyinatlı Komandanlıq heyəti, komandanlar və helikopterlər iştirak edəcək. Təlim birgə əməliyyatların həyata keçirilməsində əməkdaşlıq və koordinasiyanı təmin etmək, inventarda olan, inventarda yeni və ya müdafiə sənayesi şirkətləri tərəfindən hazırlanan döyüş silahları və nəqliyyat vasitələrinin performansını sınamaq məqsədi daşıyır. Bundan əlavə, qarda və şiddətli soyuqda atəş açmaq, qış şəraitində təlim səviyyəsini yüksəltmək, çöldə yerləşmə, tədarük və istismar işləri, qış şəraitində komandanlıq idarəetmə sistemlərinin işini təmin etmək daxil olmaqla, qoşunların döyüş qabiliyyətini sınamaq təlimin digər məqsədlərindəndir. Tank birlikləri ilə yanaşı hava hücumu əməliyyatları, hava nəqliyyatı və lojistik dəstək fəaliyyətlərinin həyata keçiriləcəyi təlimlərdə artilleriya batareyaları və minaatan dəstləri də iştirak edəcək.
SON DƏQİQƏ: Türkiyə Azərbaycanla birgə təlimlərə başlayır



Türkiyə və Azərbaycan ordusu birgə hərəkətə keçdi
Qarsda Türkiyə və Azərbaycan hərbçilərinin birgə təlimi başlayıb
Bakıda Azərbaycan-Türkiyə birgə təlimi başladı
Türkiyədən SON DƏQİQƏ Qarabağ AÇIQLAMASI
Azərbaycan-Türkiyə birgə hərbi təlimləri başlayır
Azərbaycan və Türkiyə hərbçiləri təlim keçirəcək
İrəvanı qorxudan hərbi təlim başladı: Bakı və Ankara... - Video
Azərbaycan-Türkiyə birgə hərbi təlimi keçiriləcək
Türkiyə və Pakistan birgə hərbi təlimlər keçirir
Hərbçilərimiz Qazaxıstanda birgə təlimdə
"Qardaş yumruğu" düşməni qorxuya saldı
Ordumuzun 23 minaaxtaranı Türkiyədə xüsusi TƏLİM KEÇDİ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 