2021-ci il də artıq qələbələrlə başlayır.
ONN media xəbər verir ki, bunu Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməlqoyma və “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılış mərasimlərindən sonra Azərbaycan Televiziyasına müsahibəsində söyləyib.
Dövlət başçısı bildirib:
"Ölkəmizin uzunmüddətli dayanıqlı inkişafı təmin ediləcək. İlin əvvəlində məhz buraya gəlməyim təsadüfi deyil. Yəni, 2021-ci il də artıq qələbələrlə başlayır. Əlbəttə ki, mənim bölgələrə ilk səfərim, hamımız üçün doğma Şuşa şəhərinə olub. Bu da mətbuatda kifayət qədər işıqlandırılıb. İkinci səfərim isə Sumqayıtadır. Son 17 il ərzində mən Sumqayıtda bəlkə də 30 dəfə olmuşam. Hər dəfə burada olanda, həm sənaye müəssisələrinin işə düşməsi, eyni zamanda, şəhərsalma ilə bağlı görülən işlər, insanları narahat edən problemlərin həlli daim diqqət mərkəzində olur. Bu gün Sumqayıt həm memarlıq, həm də ekoloji baxımdan gözəl şəhərdir, havası təmizdir, gözəl bulvarı var və iş yerləri də yaradılır. Bax, bu 3 müəssisədə 350-dən çox iş yeri yaradılıb və burada işləyənlərin əksəriyyəti yerli sakinlər olacaq.
Biz bu müəssisələri yaratmaqla həm bu günün məsələlərini həll edirik, həm də gələcək məsələləri. Nə üçün Azərbaycanda bizə lazım olan bütün istehsalat sahələri yaradılmasın? Sadəcə olaraq, həm xarici, həm də yerli investorların ölkəmizin gələcəyinə inamı olmalıdır, bu da həmişə olub, bu gün də var. Gözəl investisiya iqlimi olmalıdır".



Kimsə özünü toxunulmaz hesab etməsin - Prezidentdən SƏRT XƏBƏRDARLIQ
Prezident İlham Əliyev AzTV-yə müsahibə verdi
Bu il Sumqayıtda şüşə istehsalı zavodu fəaliyyətə başlayacaq
İlham Əliyev Sumqayıta getdi
İlham Əliyev Azərbaycan xalqına müraciət etdi
Bu il sənayenin qeyri-neft sektorunda istehsal 7,6% artıb
Azərbaycanda benzin istehsalı artdı
İlham Əliyev şpris zavodunun açılışında
"Mənim bu uğurlu səfərim zamanı..." - İlham Əliyev
Şuşalılar Şuşaya qayıdırlar - İlham Əliyev
Azərbaycanda mebel, geyim, içki istehsalında artım var
Prezident “Azmonbat” MMC-nin açılışında
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik 