Prezident İlham Əliyev Xalq artisti Eldar Quliyevi 80 illik yubileyi münasibətilə təbrik edib. ONN media xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli Eldar müəllim! Sizi – Azərbaycanın görkəmli kino xadimini 80 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə uzun ömür və möhkəm cansağlığı diləyirəm. Sizin zəngin yaradıcılığınız milli kino sənətinin parlaq səhifələrindəndir. Dünya kinematoqrafiyasının mühüm nailiyyətlərindən məharətlə bəhrələnərək yaratdığınız çoxsaylı filmlər Azərbaycan kino salnaməsində xüsusi yer tutur. Siz Azərbaycan mədəniyyəti və tarixinin yetirdiyi görkəmli şəxsiyyətlərə unudulmaz ekran həyatı bəxş etmisiniz. Ölkəmizin hüdudlarından kənarda da Azərbaycan mədəniyyətini müvəffəqiyyətlə təmsil etməyiniz təqdirəlayiqdir. Milli kinematoqrafiyanın inkişafı sahəsində uzunmüddətli səmərəli xidmətlərinizə görə Siz yüksək dövlət mükafatları ilə təltif edilmisiniz. Novator ruhlu böyük yaradıcı şəxsiyyət kimi Sizin daim axtarışlarla dolu sənət yolunuz gənc kinematoqrafçılar nəsli üçün bundan sonra da bir məktəb olacaqdır".
İlham Əliyev Xalq artistini yubiley münasibətilə TƏBRİK ETDİ



İlham Əliyev Anatoli Torkunovu təbrik etdi
Prezident sərəncam imzaladı
Tofiq Tağızadənin 100 illik yubileyi keçiriləcək
Anar Kərimov yubilyar kino xadimlərini təbrik etdi
İlham Əliyev Banqladeş prezidentini təbrik etdi
İlham Əliyev həmkarını təbrik etdi
İlham Əliyev Yaponiyanın yeni Baş nazirini təbrik etdi
Mehriban Əliyeva Fatma Səttarovanı təbrik etdi
İlham Əliyev Meksika prezidentini təbrik etdi
İlham Əliyev Britaniya Kraliçasını təbrik etdi
İlham Əliyev Sercio Mattarellanı təbrik etdi
İlham Əliyev nekroloq imzaladı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 