Bu gün yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinin birinci dozasını vurdurdum. Dörd həftə sonra ikinci dozanı da vurduracam və nəticədə COVID-19-a qarşı qorunmuş olacağam. Azərbaycan hökumətinə bizə bu imkanı yaratdığı üçün minnətdaram. Vaksinasiya pandemiya ilə mübarizə üçün çox önəmlidir. Buna görə hər kəsin peyvənd olunmasını tövsiyə edirəm. Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib. Onun sözlərinə görə, iki vaksinin eyni anda tətbiqinə dair tədqiqatlar davam edir: "İki fərqli vaksinin istifadə oluna bilməsi, səmərəsi, təsirli olması, təhlükəsizliyi araşdırılır. Hələ ki, əlimizdə bununla bağlı nəticə yoxdur. Bununla yanaşı, koronavirus əleyhinə xeyli vaksin hazırlanmağa başlanılıb. Ümid edirəm ki, yaxın zamanlarda yaxşı nəticələr əldə olunacaq. Vaksinlərin hamısı bir-birindən üstündür. Lakin həmin üstünlüklər tam olaraq bilinmir. Bəzi peyvəndlərin bir sıra yaş qruplarında - bir qisminin gənclərdə, bir hissəsinin uşaqlarda effektiv ola biləcəyi ehtimal olunur. Hələ ki, bunlar yavaş-yavaş öyrənilir. Ümid edirəm ki, daha yaxşı nəticələr əldə edə biləcəyik. Hansı vaksin olmasından asılı olmayaraq, təhlükəsiz və təsirli olan peyvəndləri nə qədər sürətlə dünyaya yaya bilsək, hər kəs üçün bir o qədər yaxşı olacaq. Dünyanın bir çox ölkəsində vaksinasiya prosesinə başlanılsa da, daha çox ölkə hələ ki, prosesdən kənarda qalıb. Qısa müddət ərzində Azərbaycanın koronavirus əleyhinə vaksini ölkəyə gətirməsi nəzərəçarpacaq uğurdur. Ümid edirəm ki, vətəndaşlar vaksinin yeganə çıxış yolu olduğunu dərk edər və prosesə sürətli şəkildə qoşularlar. Əvvəlcə səhiyyə işçilərinin peyvənd olunması vacibdir. Bildiyimiz qədəri ilə Azərbaycanda xeyli səhiyyə işçisi vaksinasiyadan keçib. Bu da həm özlərinin, həm də pasiyentlərin təhlükəsizliyi üçün vacibdir". H.Harmancı bildirib ki, vaksinlər əvvəlcə laboratoriyada sınaqdan keçirilir. Sonra kiçik, daha sonra böyük qruplar üzərində sınaq aparılır: "Hazırda vaksinasiyanın tətbiqi dördüncü fazadadır. Çünki böyük əhali qrupuna vurulur. "Sinovac" şirkətinin son açıqladığı təsirlilik dərəcəsi 50 faizdən çoxdur. Ümumdünya Səhiyyə Təşkilatı da təsirlilik dərəcəsi 50 faizdən yuxarı olan vaksinləri qənaətbəxş kimi qiymətləndirir. Əsl önəmli olan vaksinasiyanın yoluxmaya nə dərəcədə təsir etməsidir. Azərbaycanda da bu təsiri qısa müddətdə görəcəyik".
Hande Harmancı peyvənd vurdurdu



“”Delta” ştammına qarşı yeni mübarizə üsulu yoxdur” – Hande Harmancı
Vaksin və İmmunitet sertifikatlarının müddətləri uzadılır - QƏRAR
Bundan sonra da pandemiyalar olacaq - HANDE HARMANCI
Azərbaycanda "Mü" ştammına yoluxma qeydə alınıb? - ÜST rəsmisindən AÇIQLAMA
“Peyvənd sertifikatı” müddətsiz olacaq - RƏSMİ
Azərbaycanda bu peyvəndən də istifadə ediləcək
Rusiyada koronavirus vaksininin istehsalına başlanıldı
Hansı vaksin daha yaxşıdır? – Adil Qeybulla adını açıqladı
Peyvənd olunanların sayı açıqlandı
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı 