Cozef Bayden Osmanlı imperiyasında 1915-ci il hadisələri ilə bağlı bəyanatında “soyqırım” sözünü işlədən ilk ABŞ prezidenti olaraq Türkiyəyə və müsəlmanlara olan münasibətini açıq şəkildə ortaya qoydu. Bu hərəkətin Ankara ilə Vaşinqton arasındakı münasibətlərə ciddi bir zərbə olacağı qaçılmazdır və dünyada sülhə və ədalətə ən böyük xəyanətdir. Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bu mövzunu ədalətlə araşdırmaq üçün “Birgə Tarix Komissiyası”nın qurmaqla bağlı çağırış edərək, tarixi bir mövzunu pis niyyətli siyasətbazların, məkirli və qərəzli dairələrin oyun meydanından uzaqlaşdırmaq istədi. Nə oldu? Özünü demokratik adlandıran ölkələr, başda da ABŞ olmaqla bu həqiqətləri görməməzliyə vurdu və ədalətsiz bir münasibət göstərdi. Artıq gizli niyyətlər ortaya çıxır. Qeyd etmək lazımdır ki, bir əsr bundan öncə baş verən hadisələri heç bir tarixi sənədə istinad etmədən, heç bir beynəlxalq məhkəmə instansiyası tərəfindən təsdiq edilmədən, sadəcə erməni diasporasının təsiri altında yalnış şəkildə təqdim etmək yanlış olduğu qədər, həm də gülünc və qərəzlidir. Demokratik təfəkkür, dünyaya insan haqlarının ixracatçısı, “ədalətli” bir ölkənin və onun başbilənlərinin çox yaxın bir tarixdə-30 il bundan öncə Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırıma hələ də ədalətli qiymətin verilməməsi qərəzlilik və ikili standart nümunəsi deyil, bəs nədir? Bu, eyni zamanda intibah dövrünə qədəm qoymuş türkün qarşısını almağa bir cəhddir. Sadəcə bir amili yaddan çıxarırlar, üzbəüz dayandıqları dünya tarixini yazan TÜRK millətidir. Milli Məclisin deputatı, Komitə sədri, Yeni Azərbaycan Partiyasının qurucu fəal üzvü, Texniki elmlər namizədi Sadiq Qurbanov
Türkün özünü dünyaya yenidən tanıtdırmağının vaxtı gəlib!



Co Baydenin bəyanatı təəssüf doğurur - XİN
Türkiyə XİN-dən bu məsələyə reaksiya
Ərdoğan Baydenlə Qarabağı MÜZAKİRƏ EDƏCƏK
Ərdoğan tarixi səsvermədən danışdı
Pakistandan TÜRKİYƏYƏ DƏSTƏK
Putin haqda danışan Bayden çətin duruma düşdü: Bağışlayın...
Tramp 1915-ci il hadisələrini yenə “soyqırım” adlandırmadı
Ərdoğan 13 ildən sonra İraqa tarixi səfər etdi
Türkiyə XİN-dən Baydenin bəyanatına SƏRT CAVAB
ABŞ Suriya ilə bağlı vədləri tam yerinə yetirməyib- Ərdoğan
Ərdoğan Ermənistana ŞƏRT QOYDU: yalnız bundan sonra...
Ərdoğan və Putin arasında telefon danışığı oldu - SON VƏZİYYƏTLƏ BAĞLI...
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 