ONN media Sonxəbərə istinadən xəbər verir ki, Azərbaycan ordusunun iki gündür davam edən irimiqyaslı təlimləri, eləcə də Türkiyə ordusunun Suriyanın şimalındakı Afrin bölgəsini PKK/YPG kürd birləşmələrindən təmizləmək üçün apardığı hərbi əməliyyatlar Ermənistanda ciddi narahatlıqla izlənir.
Bu gün Ermənistan Demokrat Partiyasının lideri Aram Sərkisyan İrəvanda jurnalistlər qarşısına çıxıb və Türkiyənin Naxçıvandan platsdarm kimi istifadə edərək "Cənubi Qafqazda möhkəmlənmək niyyətləri" haqda danışıb.
Sərkisyanın fikrincə, Türkiyə ordusunun Afrinə müdaxiləsi və başqa ölkənin ərazisinə hərbi müdaxiləyə görə beynəlxalq ictimaiyyətin Ankaraya adekvat reaksiya verməməsi Ermənistan üçün türk təhdidini artırır.
"Digər tərəfdən, aydındır ki, Dağlıq Qarabağda hərbi əməliyyatlar bərpa olunarsa, Azərbaycan Türkiyənin birbaşa dəstəyi ilə Naxçıvan ərazisindən Ermənistana zərbə endirməkdə tərəddüd etməyəcək. Nəzərə alanda ki, muxtar respublikadan İrəvana qədər məsafə cəmi 80 kilometrdir, bu məsafə reaktiv yaylım atəşi sistemləri üçün tamamilə əlçatandır", - Sarkisyan deyib.
Partiya lideri xatırladıb ki, Naxçıvanda müntəzəm olaraq Türkiyə və Azərbaycan birgə təlimləri keçirilir. Mətbuatda belə şayiələr dolaşır ki, Türkiyə Naxçıvanda daimi baza yarada bilər. Sarkisyanın fikrincə, Ermənistan XİN Naxçıvan istiqamətindən qaynaqlanan təhdidlə bağlı "çox zəif" işləyir. Hansı ki, çoxdan bu məsələ ilə bağlı KTMT-yə və Rusiyaya müraciət etmək lazım idi.
Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan da bu fikirlərlə razıdır və hesab edir ki, Naxçıvan doğrudan da Türkiyə üçün Cənubi Qafqaza və Orta Asiyaya "sıçramaq" üçün tramplin ola bilər.
Qeyd edək ki, Azərbaycan Ordusu doğrudan da son illər Naxçıvana böyük həcmdə hərbi qüvvə cəmləşdirir. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu ən yeni hərbi texnika və silahlarla, o cümlədən "Smerç" reaktiv yaylım atəşi sistemləri, "Solntsepyok" TOS-1A ağır odsaçanları, Türkiyə və İsraildən alınan, 120-150 km mənzilli raket sistemləri, T-90S tankları və digər yeni hücum texnikası ilə silahlanıb. Aydın məsələdir ki, Naxçıvandakı bu fakt Rusiyadan aldığı "İsgəndər" raketləri ilə Azərbaycanı hədələyən Ermənistan üçün ciddi çəkindirici amil olmalıdır. Çünki mümkün hərbi əməliyyatlar zamanı Ermənistanın bütün ərazisi Azərbaycan ordusunun hədəfində olacaq.



Müdafiə Nazirliyindən Sərkisyanın iddiasına REAKSİYA
Türk F-16-ları İrəvana zərbəni məşq edir? – Ermənilər şokda
3 milyonluq türk ordusu Qarabağa girəcək – İrəvan QORXU İÇİNDƏ
Türkiyə ordusu 8 PKK terrorçusunu MƏHV ETDİ
Ruslar yenə Türkiyə ordusuna zərbə endirdi - GƏRGİNLİK
Azərbaycan və Türkiyənin genişmiqyaslı hərbi təlimləri davam edir: Bu tarixədək...
İrəvanın qorxusu nədir?- Əgər İran biz tərəfdən müdaxilə etsə...
SON DƏQİQƏ: Türkiyə ordusundan İRİMİQYASLI HÜCUM: 100-dən çox hərbçi həlak oldu
Azərbaycan ordusu 24 saata İrəvanı alar - Dündar
Afrin qızışır: Türkiyə “PKK ovçusu”nu sərhədə yeritdi
Türkiyənin təklifi: Bakı-Ankara hərbi sazişləri... - Şərh
Azərbaycan XİN Fransa və Kanadaya cavab verdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 