"Son günlər yoluxma sayında azalmaların müşahidə edildiyini nəzərə alsaq gələn aydan yumşaldılmaların olacağ istisna edilmir. Təbii ki, mövcud vəziyyətə uyğun olaraq karantin tədbirlərinin yumşaldılması və bütövlükdə real sektordakı məhdudiyyətlərin bir qisminin aradan qaldırılması məqsədəuyğun olardı". ONN media xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. "Yaz aylarında Azərbaycanda sərt karantin tətbiq olunmadan yoluxma sayını lokallaşdırmaq mükün oldu. Etiraf edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah son aylar bu istiqamətdə təqdirəlayiq fəaliyyət həyata keçirdi. Yoluxma sayının azalması və epidemioloji vəziyyətin uyğun olması yeni qərarların qəbul edilməsini istisna etmir. Bu kontekstdə biz təklif edirik ki, turizm mövsümünün yaxınlaşmasını nəzərə alsaq, Azərbaycana gəlişlə bağlı qaydaların yumşaldılması məqsədəuyğun olardı. Hazırda Azərbaycana gəlməklə bağlı xüsusi qaydalar qüvvədədir. Bu baxımdan daha məqsədəuyğun olardı, seçilmiş ölkələrdən müddətli neqativ test nəticəsinə malik olan əcnəbilərin də ölkəmizə səfərinə icazə verilsin. Digər tərəfdən, AZAL bütün sərnişinlərdən uçuşdan 48 saat öncə alınmış koronavirus (COVID-19) neqativ PSR-testi haqqında çap edilmiş arayışı tələb edir. Son aylar reyslərin sayının az olduğunu nəzərə aldıqda tranzit uçuş edən sərnişlər üçün bu bəzi hallarda çətinlik yaradır. O baxımdan, bir sıra digər ölkələrdə olduğu kimi bu müddətin 48 deyil, 72 saat müəyyənləşdirilməsi daha məqəsədəuyğundur. Deputat həmçinin bildirib ki, iqtisadiyyatda digər istiqamətlərdə də məhdudiyyətlərin yumaşladımasının mərhələli şəkildə həyata keçirilməsi məqsədəuyğun olardı: "Uzun müddət müakirə olunan məsələlərdən biri də toyların keçirilməsinə icazə verilməsi və idman zallarının fəaliyyətə başlaması ilə bağlıdır. Fikrimcə, xüsusi qaydalar hazırlayıb tətbiq etməklə bu istiqamətdə yumşaldılmaya gedilməsi doğru olardı".
İyundan etibarən hansı qadağalar ləğv ediləcək?



Azərbaycanda karantin rejimi sərtləşdirilir? — Operativ Qərargahdan AÇIQLAMA
SON DƏQİQƏ: Rayonlara gediş-gəlişlə bağlı qadağa ləğv olundu
Bu ərazilərdə sərt karantin rejimi LƏĞV EDİLDİ
Bu gündən xüsusi karantin rejimi yumşaldıldı - RƏSMİ
Azərbaycanda hansı sahələrdə iş bərpa olunur?
Oktyabrın 1-dən iri ticarət obyektləri, noyabrın 1-dən isə şadlıq sarayları...
Azərbaycanda qapalı məkanlarda maska tələbi ləğv edilir?
Quru sərhədlər nə vaxt açılacaq?
Azərbaycanda bu obyektlərin fəaliyyətinə icazə verilir - SABAHDAN
Karantin rejimi yenidən sərtləşdirilə bilər? - RƏSMİ
Bu gündən Azərbaycanda xüsusi karantin rejimi uzadıldı
Kafe və restoranların fəaliyyəti nə vaxt bərpa olunacaq? - DEPUTATDAN AÇIQLAMA
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 