Bu gündən Azərbaycandan Gürcüstana quru yolla səfər etmək mümkün olacaq.
ONN media xəbər verir ki, qonşu ölkə yeni növ koronavirus pandemiyası səbəbindən bir ildən çoxdur bağlı saxladığı quru sərhədlərini açıb.
Gürcüstana daxil olacaq şəxslərdən son 72 saat ərzində aparılan PCR testinin mənfi nəticəsini təsdiqləyən arayış tələb ediləcək. Koronavirusa qarşı tam peyvəndlənmə kursunu keçənlər də həmin sənədi təqdim etməli olacaqlar.
Ziyarətçilər Gürcüstanda uzun müddət ərzində qalacaqları təqdirdə 72 saatın tamamında öz hesablarına təkrar test yoxlamasından keçməli olacaqlar. Əks təqdirdə 2 min lari (614 ABŞ dolları) məbləğində cərimə nəzərdə tutulub. Arayış tələbi yaşından asılı olmayaraq uşaqlara da şamil edilir.
Əcnəbi vətəndaşlara COVID-19-dan müalicəni nəzərdə tutan tibbi sığorta əldə etmək tövsiyə olunub.
Qeyd edək ki, Gürcüstan və Azərbaycan arasında quru sərhədlər vasitəsilə sərbəst gediş-gəliş ötən ilin martın 14-dən dayandırılmışdı.



Gürcüstanla sərhədlər açılır - BU TARİXDƏN
Gürcüstana getmək istəyənlərin NƏZƏRİNƏ
Gürcüstana gedənlərdən bu arayış TƏLƏB EDİLƏCƏK
Azərbaycandan bu ölkələrə gedənlərə MÜHÜM XƏBƏR: Sizdən...
SON DƏQİQƏ: İran Azərbaycan sərhəddi bağlandı
İran Azərbaycanla quru sərhədlərini açıb
Gürcüstan ölkə vətəndaşları üçün məcburi təcridi ləğv edir
İran Azərbaycanla quru sərhədlərini açır
İran Azərbaycanla sərhəddi bağlayıb?- SƏFİRLİK AÇIQLADI
Gürcüstan Azərbaycana gediş-gəlişi məhdudlaşdırıb
Quru sərhədlər nə vaxt açılır?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 