İran oktyabrın 23-dən turistlər üçün sərhədlərini açacaq.
ONN media bildirir ki, bu barədə İranın mədəni irs, əl işləri və turizm naziri İzzətullah Zərğami bildirib.
Onun sözlərinə görə, İran Prezidenti Seyid İbrahim Rəisi Nazirlər Kabinetinin iclasında ölkəyə səfər etmək üçün vizaların verilməsi və quru sərhədlərindən turistlərin gediş–gəlişi üçün lazımi infrastrukturun hazırlanmasına göstəriş verib.
Nazir qeyd edib ki, artıq aidiyyəti qurumlara, o cümlədən sərhəd-buraxılış məntəqələrinə bununla bağlı göstəriş verilib. Məlumatda qeyd olunur ki, sərhədlərdən giriş-çıxış üçün hava nəqliyyatında olduğu kimi turistlər peyvənd pasportu və PCR analizi təqdim etməli, eləcə də İranın Səhiyyə Nazirliyinin sağlamlıq protokollarına əməl etməlidirlər.
Məlumata görə, İran oktyabr ayının 23-dən İraq, Əfqanıstan, Türkiyə, Azərbaycan, Naxçıvan Muxtar Respublikası, Ermənistan və Pakistanla quru sərhədlərini açacaq. Quru sərhədlərindən sərnişin avtobusları və şəxsi avtomobillərlə də gediş-gəlişə icazə veriləcək.(apa.az)



İran Azərbaycanla sərhəddi bağlayıb?- SƏFİRLİK AÇIQLADI
İran Azərbaycanla quru sərhədlərini açıb
SON DƏQİQƏ: İran Azərbaycan sərhəddi bağlandı
İran turistlər üçün vizaların verilməsini bərpa edir
İran sərhədlərini bağladı - RƏSMİ
Azərbaycanda quru sərhədləri niyə açılmır?
Gürcüstan Azərbaycanla quru sərhədlərini açdı - Səfər etmək üçün nələr lazımdır?
İran və Rusiya arasında viza rejimi ləğv olunur?
Artıq turistlərin pasportlarına möhür vurulmayacaq - RƏSMİ
Türkiyə sərhədlərini İran yük maşınları üçün BAĞLADI
İran rəsmisi Azərbaycanla əlaqələrdən danışdı
Naxçıvan-İran qatarı yenidən fəaliyyətə başlaya bilər
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 