Ermənistanın İctimai telekanalı Azərbaycanın anklavları haqqında yeni reportaj yayıb. Erməni telekanalının budəfəki süjetində arxiv xəritələri göstərilib və ictimaiyyətə bu torpaqların Azərbaycanın anklavları olduğu əyani şəkildə sübut olunub. ONN media xəbər verir ki, bu barədə ermənistanın 168.am nəşri yazıb. Efirdən sonra Ermənistanın İctimai Televiziyasına qarşı "düşmənə kömək” ittihamları irəli sürülüb. “Azərbaycan kəndlərinin erməni işğalından geri qaytarılması çağırışları Ermənistanda getdikcə daha geniş yayılmağa başlayıb. Ermənistan İctimai Televiziyasının adı çəkilən təşviqat materialında bir neçə deputatın və ekspertin bəyanatlarından da istifadə olunub. Süjetdə qeyd olunub ki, hazırda Ermənistana məxsus Tiqranaşen kəndi vaxtilə Azərbaycan kəndi olmuşdur və bu kəndin adı Kərkidir. Materialda bildirilir ki, hesabatda adı çəkilən kəndlərin hamısı Azərbaycan torpaqlarıdır", - deyə erməni saytı yazır. Artıq bununla bağlı İrəvandan olan hüquq müdafiəçisi Arman Tatoyan Ermənistanın İTV-sinə qarşı bəyanat hazırlayıb. Tanoyan iddia edib ki, reportajda jurnalistlər danılmaz sübutlar təqdim etsələr belə, onlar Azərbaycan tərəfinə dəstək verməməli idilər. “Biz özümüz özümüzə sübut edirik ki, bu kəndlər Azərbaycanındır. Bakıya belə olduğu təqdirdə nə etmək qalır?" - deyə o fikrini tamamlayıb.(axar.az)
Ermənistandan SENSASİYA: bu torpaqları geri qaytarmalıyıq



Brüssel görüşü: Qazaxın 7 kəndi və Kərki qayıdır - Qalstyan
Qazaxın 7 kəndi qaytarılır? - Rus sülhməramlıları ƏRAZİYƏ GƏLDİ
Melkonyan: Ermənistan türklərin olacaq
İki erməni Azərbaycan ərazisinə keçdi - Ermənistan və Rusiya birgə ƏMƏLİYYAT BAŞLATDI
Ermənistanın Ruslan Pənəhovla bağlı planları nə olub?
Daha bir erməni geri qaytarıldı
Rusiyada bəzi erməni saytları bloklandı
Koreyanın nüfuzlu "The Korea Post" qəzeti erməni təxribatından yazdı
Mehri dəhlizinin “qapısı” Azərbaycana qaytarılır?
Ermənistan sərhədə niyə ordu yığır?
15 il öncə Qarabağı Azərbaycan ərazisi kimi tanımışıq- PAŞİNYAN
Ermənilər bu kəndləri tərk edir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 