Əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.
Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
"Bu humanitar aksiyanın həyata keçirilməsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili başda olmaqla, Gürcüstan hökumətinin dəstəyini təqdir edirik. Eyni zamanda, prosesə verdikləri töhfəyə görə, ABŞ dövlət katibi Antoni Blinken başda olmaqla, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və ATƏT-in İsveç sədrliyinin vasitəçilik rolunu xüsusilə qeyd edirik.
Mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını və sağlamlığını təhlükədən xilas edəcək və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ağdamda əsası qoyulan yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcək", - deyə XİN-dən bildirilib.



Ermənistana təhvil verilmiş 15 erməni hərbçinin görüntüləri yayıldı
SON DƏQİQƏ: Azərbaycan 10 ermənini GERİ QAYTARDI
Nyu Yorkda ABŞ-Azərbaycan münasibətləri müzakirə olundu
Ceyhun Bayramov ABŞ Dövlət Katibinin köməkçisi ilə danışdı
Bayramov Qaribaşvili ilə görüşdü
ABŞ buna görə Azərbaycanı alqışladı
İlham Əliyev Şarl Mişellə görüşdü (YENİLƏNDİ)
8 erməni hərbçi qarşı tərəfə təhvil verildi - AÇIQLAMA
Blinkenin köməkçisi Azərbaycana gəldi
Gürcüstan AB-nin maliyyə yardımından imtina etdi
Gürcüstan tam hüquqlu üzvlük üçün Aİ-yə rəsmi müraciət edəcək
Ərdoğan ABŞ-da Qaribaşvili ilə Qafqazı müzakirə etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 