Ukrayna və Gürcüstan üçün münaqişələrinin həll yolu Türkiyədən keçir. Qərb hər iki ölkəni Rusiya qarşısında yalnız buraxdı.
- “Krım platforması” Ukrayna üçün beynəlxalq dəstəkdir, lakin bu dəstək bəyanatlardan o tərəfə keçmir və reallıq budur ki, Qərb bundan Rusiyaya qarşı təzyiq üçün istifadə edir, lazım olanda razılaşır da: ABŞ-ın Ukraynaya rəğmən “Şimal axını” layihəsinə “yaşıl işıq” yandırması bunun sonuncu nümunəsidir;
- Gürcüstan beş günlük müharibədən sonra ərazi bütövlüyünün təmin edilməsi istiqamətində bir addım da irəliləyə bilməyib;
Ya Rusiya dağılmalı, ya da Putini demokrat hakimiyyət əvəz etməlidir gözləntisi mümkünsüz, bir az da utopiyadır. Və o da reallıqdır ki, Qərb bu ölkələri dəstəklədikcə Rusiya daha da aqressivləşir.
Moskva Şərqi Avropadan Mərkəzi Asiyaya qədər uzanan coğrafiyanı nə ABŞ-la, nə də Çinlə paylaşmaq istəyir, anlaşa biləcəyi yeganə ölkə Türkiyədir, hətta birdən çox məsələdə maraqları toqquşsa da. Qarabağ müharibəsi, Türkiyənin Cənubi Qafqaza aktiv girişi bunu göstərdi. Və Ankara bu coğrafiyada qlobal oyunçu gücünü aktivləşdirir.
Şərqi Avropa açılımı, Mərkəzi Asiyada güclənmək, Əfqanıstanda təhlükəsizliyin əsas qarantı olmaq gedişləri və s. Türk Şurasının beynəlxalq təşkilata çevrilməsi türkdilli olmayan dövlətləri də bu çətir altında toplamaq və bununla Şərqi Avropadan Mərkəzi Asiyaya uzanan coğrafiyanı birləşdirmək planıdır.
Türkiyənin bu coğrafiyada əsas güc olma və Rusiya ilə anlaşma potensialı var. Əslində yeni dünya “Orta Dünya” da deyə biləcəyimiz bu coğrafiyada qurulur.
Zeleniski hakimiyyəti Qərbin əməli dəstəyinin olmaması və qlobal dəyişikliyi anladığı üçün Ankara ilə yaxınlaşmaq xəttini tutur. İstisna deyil ki, Ukrayna da gələcəkdə Türk Şurasına qoşulsun.
Gürcüstan yeni reallıqlardan istifadə etməlidir: Rusiyanın da istədiyi “altılıq platforması”na giriş kartı kimi ərazi bütövlüyü məsələsini şərt olaraq irəli sürə və ən azı Türkiyənin vasitəçiliyi ilə yeni masa qura bilər. Bakı da bu prosesdə aktiv oyunçu ola bilər.
Əks təqdirdə Rusiyanın mümkün dağılma perspektivini çox gözləməli olacaqlar, Kremldə Putini əvəzləyəcək “demokrat” isə heç gəlməyəcək.



Ukraynadakı müharibənin iki həll variantı var- Hansı seçilməlidir?
Azərbaycan ssenarisi Ukraynada... - Kortunov
Ermənistan və Rusiya arasında yeganə yol bağlandı
Putin müharibəni dayandıracaq?
Ukrayna Rusiyadakı müvəqqəti işlər vəkilini geri çağırdı
Putin təcili iclas keçirildi: Ukrayna ilə bağlı tapşırıq...
Türkiyə Rusiya bazarını sürətlə ələ keçirir
ABŞ niyə Ukraynaya yardım edir? - AÇIQLAMA
Sülhü Rusiya istəyir, məqsədi də budur - Danilov
"Ukrayna-Rusiya münaqişəsinin tezliklə başa çatmasını istəyirik"
Moskva Krım məsələsini Ankara ilə müzakirə etmək istəyir
Putinin Ukrayna ilə bağlı planları ORTAYA ÇIXDI
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 