“ABŞ tərəfindən Ukraynaya edilən yardımlar ilk olaraq mənəvi xarakter daşıyır. Ötən gün imzalanan Lend-liz qanunu və digər edilən yardımlar ABŞ-ın həmin bölgədəki mövqeyini daha da gücləndirəcək”.
ONN media bildirir ki, bunu Publika.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Politoloq qeyd edib ki, ABŞ bu yardımları etməklə Ukraynada öz yerini bərkitmək istəyir: “Lend-liz imzalanana qədər İkinci Dünya müharibəsi zamanı ABŞ Qərb ölkələrinə kifayət qədər yardım edirdi. Həmçinin Sovet İttifaqı da bu yardımlardan bəhrələnib. Müharibədən sonra isə ABŞ Avropada öz yerini möhkəmləndirdi və NATO ortaya çıxdı. İndiki vəziyyətdə də bu proses təkrarlanacaq, amma yeni yaranmış geosiyasi reallıqda bir az fərqli olacaq”.
T.Abbasov vurğulayıb ki, ABŞ Ukraynaya yardımlarını davam etdirəcək: “Qərb ölkələri və ABŞ Rusiyaya qarşı səfərbər olublar. Ukrayna elə bir vəziyyətdədir ki, istənilən yardım onlar üçün önəmlidir. ABŞ-ın əsas istəyi ukraynalıların mütəşəkkil şəkildə Rusiyaya qarşı vuruşmasıdır. Yəni adıçəkilən ölkə Ukraynaya yardım etməklə Rusiyanın hərbi potensialını zəiflətmək məqsədindədir. Çünki Rusiya öz maliyyəsi ilə müharibə aparır və cəbbəxanası getdikcə azalır. Həmçinin biz gördük ki, rus ordusunun silahları müasir standartlardan kənarda qalıb. Ancaq istənilən halda silah ehtiyatlarının tükənməsi ölkə üçün böyük bir problemdir. ABŞ isə bu prosesdə vəd verməyərək heç bir öhdəlik götürməyib. Bu səbəblə də onlar istədikləri zaman yardım edir. ABŞ dünyanın ən qüdrətli ölkəsidir və Ukraynaya bu yardımları etməyə kifayət qədər imkanı var. Yəni burada demək olmaz ki, bu yardımlar birdəfəlikdir. ABŞ Ukraynaya lazım olduğu halda yenidən yardım göstərə bilər”.



Bu ölkə Ukraynaya məxfi yardım edəcək
Bayden Ukrayna ilə bağlı lend-liz qanununu İMZALADI
Ukrayna NATO-ya daxil olur?
Zelinski: "Ukraynanın məqsədi budur"
15 ölkədən Ukraynaya hərbi yardım gəlir - Pentaqon
Ukrayna yeni ordu yaratmağa hazırlaşır?
Daha bir ölkə Ukraynaya yardım göndərdi
Baş katibdən NATO ölkələrinə Ukrayna ÇAĞIRIŞI
ABŞ-ın növbəti hərbi yardımı Ukraynaya çatdı
Rusiya və Ukraynaya belə yardım edirik - Şolts
ABŞ-dan Ukraynaya 40 milyardlıq yardım paketi
Müharibə bu tarixdə bitə bilər- Zelenski
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 