Azərbaycanın Əməkdar artisti Yaqub Zurufçu reanimasiyaya yerləşdirilib.
ONN media bildirir ki, bu barədə Publika.az-amüğənninin həyat yoldaşı Aynur Zurufçu məlumat verib. O bildirib ki, sənətçi bir həftə əvvəl COVID-19-a yoluxub:
“Yeni Klinikaya köçürülüb. Yaqub müəllimin vəziyyəti ağırlaşıb. Millət vəkili Qənirə Paşayeva mütəmadi olaraq zəng vurub əlaqə saxlayır. Məsələ Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətinə götürülüb. Prezidentin köməkçisi Anar Ələkbərovla danışdım. Dedi ki, nə lazımdırsa, dövlət səviyyəsində həll ediləcək. Hər şey olunur. Amma vəziyyəti çox ağırdır”.
Aynur Zurufçunun sözlərinə görə, 65 yaşlı Əməkdar artist dünən intensiv şöbəyə köçürülüb:
“Mən də yanında idim, hər şeyə nəzarət edirdim. Hər şey birdən-birə oldu. Vəziyyəti birdən ağırlaşdı. Özü də diqqətli insandır. Analiz verdi, cavabı çıxan günün sabahı xəstəxanaya yerləşdi. Bir həftə palatada qalıb. Dünən intensiv şöbəyə köçürülüb. Orada vəziyyəti ağırlaşıb və reanimasiyaya yerləşdirilib. Dünən gecədən reanimasiyadadır. İntensiv şöbədə yanında idim. Həkimlərlə danışdım, koronavirus elə bir xəstəlikdir ki, ABŞ-da da, burada da müalicəsi eynidir. Sadəcə deyirlər ki, ürəyi zəifdir. İynələrə ürəyi tab gətirsə, bəlkə sağala bilər”.



Reanimasiyaya yerləşdirilən Yaqub Zurufçudan XƏBƏR VAR
Yaqub Zurufçudan XƏBƏR VAR
SON DƏQİQƏ: Yaqub Zurufçunun vəziyyəti pisləşdi
Yaqub Zurufçunun müalicəsinə xarici mütəxəssislər cəlb edilib
Mehriban Əliyeva Yaqub Zurufçunun müalicəsini NƏZARƏTƏ GÖTÜRDÜ
Yaqub Zurufçu DÜNYASINI DƏYİŞDİ
SON DƏQİQƏ: Yaqub Zurufçunun vəziyyəti ağırdır - Yeni Klinika
Yaqub Zurufçunun dəfn yeri ilə bağlı nazirlikdən AÇIQLAMA
Yaqub Zurufçu ilə vida mərasimi
Yaqub Zurufçu dəfn edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 