Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Entoni Blinkenin Qafqaz danışıqları üzrə baş məsləhətçi vəzifəsinə Filip Rikerin təyin olunmasına dair mətbuat bəyanatında bölgədəki post-münaqişə reallığından uzaq yanaşmanın sərgilənməsi təəccüb doğurur.
ONN media xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ABŞ Dövlət katibi Entoni Blinkenin 24 avqust tarixli mətbuat bəyanatına münasibət bildirərkən deyib.
O bildirib ki, Minsk Qrupu ilə bağlı Azərbaycanın mövqeyi ən yüksək səviyyədə dəfələrlə və aydın şəkildə ifadə olunub:
"Faktiki olaraq fəaliyyət göstərməyən Minsk Qrupunun “reanimasiya” edilməsi cəhdləri ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən uzaqlaşması ilə nəticələnə bilər. Qarabağ münaqişəsi həll olunub və Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Beynəlxalq ictimaiyyət, o cümlədən tərəfdaşlarımız anlamalıdır ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə danışıqların Qarabağ məsələsi ilə əlaqələndirilməsi heç də normallaşmaya xidmət etmir".



XİN təsdiqlədi: Üçtərəfli görüş keçiriləcək
XİN -dən Qarabağla bağlı Mnatsakanyanın sərt etirazına REAKSİYA
Bayramov və Mirzoyan arasında danışıqlar neçə gün davam edəcək?
XİN-dən həmsədrlərin bəyanatına REAKSİYA
Nazir ona YÜKSƏK VƏZİFƏ VERDİ
"Ermənistan özünü kifayət qədər gülünc vəziyyətə qoyur" - Leyla Abdullayeva
İlham Əliyev və Blinken telefonla danışıb
Leyla Abdullayeva: "Kipr XİN-nin bəyanatı qərəzlidir"
Fransalı deputatların Qarabağa səfəri... - XİN-dən AÇIQLAMA
Azərbaycan XİN-dən Ermənistanın bu bəyanatına cavab
Leyla Abdullayeva Ermənistanın xarici işlər nazirinə cavab verdi
Azərbaycan XİN-dən Ermənistana CAVAB
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 