Pakistan ixrac imkanlarını genişləndirmək məqsədilə Azərbaycan və Avropaya yükdaşımalara başlayıb.
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasından (ABADA) bildirilib ki, bu məqsədlə “National Logistics Cell” logistika şirkətinin nümayəndə heyəti Bakıda səfərdədir. Səfər çərçivəsində Pakistan nümayəndə heyəti ilə ABADA-da, Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Assosiasiya rəsmiləri arasında görüş keçirilib. Görüşdə Azərbaycanın tranzit imkanları və Pakistana məxsus yük nəqliyyat vasitələrinin Azərbaycan üzərindən yerli prosedur qayadalarına uyğun keçidinin təmin olunması ilə bağlı fikir mübadiləsi aparılıb.
“National Logistics Cell” logistika şirkətinin rəsmisi Faysal Zeşan Pakistanın yerli istehsalı olan mərmər, ipək, çəltik, tekstil kimi malların Avropada alıcılıq qabiliyyəti yüksək olduğundan bu məhsulların ixrac imkanları üzərində çalışdıqlarını deyib. Pakistana məxsus ilk sınaq yük partiyasının artıq Azərbaycan ərazisindən keçərək Türkiyəyə çatdığını qeyd olunub. Azərbaycana ilk sınaq yükləri isə oktyabrın 5-6-da çatacaq.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini Anar Rzayev iki ölkə arasında icazə mübadiləsinin vacibliyinə toxunub. Pakistanın “National Logistics Cell” logistika şirkətinin Beynəlxalq Nəqliyyat Konvensiyası (TIR) çərçivəsində bu daşımaları icra edə biləcəyi qeyd edilib.
ABADA-nın baş katibi Orxan Əfəndiyev İctimai Birlik olaraq “National Logistics Cell” logistika şirkətinə lazımi dəstəyin göstəriləcəyini bildirib.
Görüşdə yeni yaradılan Pakistan-Azərbaycan İqtisadi Palatasının iki ölkə arasında ixrac-idxal imkanlarına müsbət təsir edə biləcəyi vurğulanıb. Pakistana məxsus yüklərinin Azərbaycan daşıyıcıları vasitəsilə Avropaya daşınma imkanları da müzakirə olunub.



Pakistan Azərbaycana quru yolla yükdaşımalara başladı
Pakistan HHQ-nin nümayəndə heyəti Bakıya gəlir
Pakistan HHQ-nin nümayəndə heyəti BAKIYA GƏLDİ
Hərbçilərimiz Pakistanda “Yaşasın Azərbaycan” şüarı ilə qarşılandı - Video
Kontr-admiral Sübhan Bəkirov Pakistana getdi
Ukraynada olan azərbaycanlı sürücülərin təxliyəsinə başlanıldı
Zakir Həsənov pakistanlı həmkarı ilə görüşdü
Azərbaycan və Pakistan arasında yeni saziş imzalanacaq
Azərbaycan və Pakistan birgə əməliyyatı müzakirə etdi
AZAL-dan Pakistana getmək istəyənlərə ŞAD XƏBƏR
Şahin Mustafayev Qarsda səfərdədir
Pakistanın hərbi hava marşalı Azərbaycana gəldi - VİDEO
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 