Cəbrayılda Döyüş muzeyi və Memorial kompleks muzeyi yaradılacaq.
ONN media xəbər verir ki, oktyabrın 4-də Cəbrayıl rayonunda Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Prezident İlham Əliyevə tikililər barədə məlumat verərkən deyib.
Anar Quliyev: Cənab Prezident, muzey kompleksi bu şəhərin ərazisidir və 3 fərqli məkanda müvafiq sərgilər təşkil olunacaq. Döyüş muzeyi şəhərin cənub hissəsində yaradılacaq.
Prezident İlham Əliyev: Giriş hissəsində?
Anar Quliyev: Bəli, şəhərin giriş hissəsində. Həm də həqiqətən Cəbrayılın bu hissəsində çox şiddətli tank döyüşləri gedib. Bildiyiniz kimi, oktyabrın 4-ü şəhər işğaldan azad olunandan sonra işğalçılar tərəfindən bir neçə dəfə cəhdlər olub. Ordumuzun düşmənə cavabına uyğun olaraq muzey yeraltı səngərlər formasında qurulacaq. Ekspozisiyada döyüş strategiyaları, rəqəmsal baxış imkanları olacaq. Eyni zamanda, küçədə, açıq səma altında 4,5 hektarlıq ərazidə tanklar nümayiş olunacaq. Digər planşetdə həmin muzeyin sahəsi və yeraltı hissədə real səngərlər imitasiya olunacaq. Aparılan döyüşlərin səhnələri və Zəfər muzeyi bu ərazidə təşkil olunacaq. İcazənizlə, şəhərin digər ərazisində bir az əvvəl göstərdiyim kimi, yuxarı hissədə artıq Cəbrayıl Memorial Kompleks Muzeyi təşkil olunacaq.
Prezident İlham Əliyev: Dağılmış evlərin bəziləri saxlanılıb?
Anar Quliyev: Bəli, dağılmış evlərin bir hissəsi saxlanılıb.
Prezident İlham Əliyev: Lazımdır ki, heç kim unutmasın.
Anar Quliyev: Təbii ki, Sizin tapşırığınıza əsasən bir hissəsi saxlanılacaq və müasir həyata inteqrasiya olunacaq. Bəzilərindən qalereya şəklində və digər funksiyalarla istifadə olunacaq. Muzeyin öz binası bu hissədə olacaq. Bu hissədə isə Bayraq meydanı və Xudafərin körpüsündən ilhamlanaraq Zəfər tağı abidəsi yaradılacaq. Növbəti slaydlarda muzeyin strukturu, sahəsi haqqında bir qədər daha ətraflı məlumat verilir - birinci mərtəbədə 450 kvadratmetr, növbəti mərtəbələrdə 200 kvadratmetr. Burada həm bütün Qarabağın tarixi faktlarla, arxiv materialları ilə təqdim olunacaq, həm də Cəbrayıl haqqında məlumat, ondan sonra işğal dövründə Cəbrayıl əhalisinin çəkdiyi əziyyət, didərgin düşdüyü dövrə dair məlumatlar təqdim olunacaq.
Prezident İlham Əliyev: Dağıntılarla bağlı bütün məlumatlar olmalıdır, videoformatda. Yəni, istənilən adam gəlib görə bilsin, çünki bu dağıntıların böyük hissəsi götürüləcək. Dərs alınacaq ki, insanlar unutmasın, gəlib görsün nə gündə idi. Bir hissə qalacaq, yəni, dağılmış evləri biz saxlayacağıq, amma mütləq İşğal muzeyində olmalıdır. İndiki maketi də ola bilər. Siz onu işləyin və dağılmış vəziyyətdə maket olsun ki, hər gələn görə bilsin.
Anar Quliyev: Biz, əslində, planlaşdırma işlərindən əvvəl skanlaşdırırıq. Üçüncü məkan şərti olaraq Zəfər pavilyonu adlandırılır. Eyni zamanda, 4 oktyabr adı da şərti olaraq qoyulub. Bu kiçik tikili əsgərlərimizin, ordumuzun ilk azad edərək yerləşdiyi məkan olub və sonrakı günlər ərzində məhz bu məkanda həm strategiya qurulurdu, həm də idarə olunurdu.
Prezident İlham Əliyev: Onu elə bil ki, təkrarlayır?
Anar Quliyev: Bəli, əsas bina olduğu kimi saxlanılacaq, amma bir qədər müasirləşdirilərək. Hazırda da həmin binanın görüntüsü bu şəkildədir və orada artıq məhz ordumuza həsr olunan ekspozisiya təqdim ediləcək, təbii ki, müasir virtual metodlardan istifadə olunaraq.



Füzulidə İşğal Muzeyi, Zəfər Parkı və Bayraq meydanı salınacaq
Zəngilanda iki muzey kompleksinin təməli qoyulub
İlham Əliyev sərəncam imzaladı
İlham Əliyev Cəbrayıla getdi
Şuşa, Füzuli, Cəbrayılın və digər şəhərlərin Baş Planları hazırlanır
Prezident İlham Əliyev Bakıda Zəfər parkında aparılan tikinti işləri ilə tanış olub
Anar Kərimov Bolnisi muzeyi və Marneuli Çay Evini ziyarət etdi
Açıq səma altında yeni Arxeologiya Muzeyi yaradılacaq
Madam Tüsso muzeyi açılacaq
Cəbrayılda Türkiyə ilə birgə Dostluq Parkı salınacaq
Mədəniyyət Nazirliyi ictimaiyyətə müraciət edir!
İlham Əliyevdən döyüşlərlə bağlı UNİKAL ADDIM
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 