"Möhtərəm Prezident, hörmətli Mehriban xanım, Füzuli Memorial Kompleksi şəhərin mərkəzi hissəsində yaradılacaq. Durduğumuz məkanda, 5 hektarlıq ərazidə İşğal muzeyi, Memorial Kompleks və ona bitişik Zəfər Parkı salınacaq. Həmçinin yüksək bir məkanda Bayraq meydanı yaradılacaq. İcazənizlə kiçik bir film nümayiş etdirmək istərdik".
ONN media xəbər verir ki, bunu Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev oktyabrın 17-də Füzuli şəhərinin Baş Planını Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya təqdim edərkən deyib.
"Cənab Prezident, videoda da göründüyü kimi, Bayraq meydanı şəhərin ən yüksək nöqtəsində salınacaq və Füzulinin yeni simvolu olacağına inanırıq. Xüsusən də axşam vaxtı işıqlandırma effektləri ilə hər tərəfdən görünəcək. Muzey 6 əsas zaldan ibarət olacaq. Hər zal bir mövzuya həsr olunacaq, Füzulinin və Qarabağın strateji əhəmiyyətindən bəhs edəcək. Muzeyin alt qatında erməni işğalçıları tərəfindən qurulmuş istehkamlar təqdim olunacaq. Bununla yanaşı, Füzulini azad edərkən bizim hərbçilərimizin mükəmməl qurduğu strategiyaya həsr olunmuş bir zal da olacaq. Həmçinin Füzuli işğaldan azad olunduqdan sonra onun görkəmi, bugünkü vəziyyəti və təbii ki, şəhidlərimizin xatirəsinə həsr olunmuş ayrıca bir ekspozisiya da təşkil olunacaq. Muzey böyük bir parkda yerləşəcək. Parkda, həmçinin Zəfər abidəsi qurulacaq. İcazənizlə, abidənin müəllifi Rəşad Mehdiyevi təqdim edim", - komitə sədri vurğulayıb.



Cəbrayılda Döyüş muzeyi salınacaq, Zəfər tağı abidəsi yaradılacaq
Prezident və xanımı Füzulidə
Zəngilanda iki muzey kompleksinin təməli qoyulub
Prezident İlham Əliyev Bakıda Zəfər parkında aparılan tikinti işləri ilə tanış olub
Prezident və xanımı Yasamalda yeni salınacaq meşə tipli parkla tanış olub
Cəbrayılda Türkiyə ilə birgə Dostluq Parkı salınacaq
Prezident Dövlətyarlı kəndində “Ağıllı kənd”in təməlini qoydu
Prezident və xanımı Füzulidə
İlham Əliyevdən döyüşlərlə bağlı UNİKAL ADDIM
Prezident yaşayış kompleksinin təməlini qoydu
Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar
Prezident və xanımı Füzuliyə getdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 