Oktyabrın 11-də xarici işlər naziri Ceyhun Bayramov Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubiley tədbiri çərçivəsində Serbiya Respublikasının xarici işlər naziri Nikola Selakoviç ilə görüşüb.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Serbiya Xarici İşlər Nazirliyində keçirilən görüş zamanı nazirlər Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyətindən məmnunluq ifadə edərək, bu əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsində qarşılıqlı marağı ifadə ediblər.
Tərəflər, Azərbaycan Respublikası və Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin uğurla inkişaf etdiyini qeyd ediblər.
Görüşün sonunda nazirlər tərəfindən bir Saziş və iki anlaşma memorandumu, o cümlədən “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında saziş”, “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Serbiya XİN arasında siyasi məsləhətləşmələr haqqında anlaşma meorandumu”, “Azərbaycan XİN ilə Serbiya XİN arasında konsulluq sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu” sənədləri imzalanıb.
Qeyd etmək istərdik ki, eyni gündə Azərbaycan Respublikası Müdafiə Sənayesi Naziri Mədət Quliyev və Serbiya Müdafiə Naziri Neboyşa Stefanoviç arasında “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında Hərbi-Texniki əməkdaşlıq haqqında saziş” imzalanıb.



Azərbaycan və Serbiya arasında sənədlər imzalandı
Bu ölkə ilə viza rejimi ləğv edildi
Prezident serbiyalı naziri qəbul etdi
İlham Əliyev SƏRƏNCAM İMZALADI
Azərbaycan bu ölkə üçün vizanı ləğv etdi
Azərbaycan və Tacikistan arasında yeddi sənəd imzalandı
Vuçiç İlham Əliyevə zəng etdi
Bakıda Serbiya Milli Təhlükəsizlik Şurasının katibi ilə mühüm görüş
Elmar Məmmədyarov bir sıra görüşlər keçirdi
Azərbaycan və İraq arasında sənədlər imzalandı
Daha bir ölkə ilə vizasız gediş-gəliş mümkün olacaq
Fransa Azərbaycan və Ermənistan arasında normallaşma səylərinə dəstək verdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 