Kolumbiyada tarixin ən nəhəng narkotacirlərindən biri, Pablo Eskobardan sonra ən çox axtarılan və daha təhlükəli hesab olunan narkobaron "Otoniel" ləqəbli Dairo Antonio Usuqa xüsusi əməliyyatla saxlanılıb.
ONN media xəbər verir ki, ölkənin şimal-qərbindəki Necocli qəsəbəsində "Osiris" adlı əməliyyatda əli qandallanan "Clan del Golfo" təşkilatının rəhbəri Otoniel xüsusi təhlükəsizlik tədbirləri altında əsgərlər tərəfindən helikopterlə aparılıb.

Bildirilir ki, Usuqa dünyanın ən qorxulu narkotik alverçisidir. O, polisin, əsgərlərin, ictimai liderlərin qatili və eyni zamanda gənclərin silah altına alınmasının səbəbkarı hesab olunur. ABŞ tərəfindən dünyanın ən təhlükəli narkotik alverçilərindən biri olaraq göstərilən Otoniel bu ölkəyə tonlarla kokain göndərməkdə də günahlandırılır. O, 2012-ci ildə əməliyyatda təhlükəsizlik qüvvələri tərəfindən öldürülən qardaşı Juan de Diosu əvəz edərək kriminal təşkilatın başına keçib.
Qeyd olunub ki, Otoniel onlarla qətl, adam oğurluğu, cinayət təşkilatı yaratmaq, narkotik ticarəti kimi 120 cinayətə görə mühakimə olunacaq.
Uzun müddət axtarışda olan Usuqanın tutulması üçün 800 min dollar mükafat təklif edilmişdi.



Türkiyədə xüsusi əməliyyat: "Baver-Çektar" ƏLƏ KEÇDİ
Pablo Eskobar haqqında inana bilməyəcəyiniz — 14 FAKT
Ötən il dünyada öldürülən jurnalistlərin sayı açıqlandı
Türk diplomatın qətlini təşkil edən terrorçu məhv edildi
6 milyard dollarlıq kokain ƏLƏ KEÇDİ - Kosovada BÖYÜK ƏMƏLİYYAT
"Lotu Quli"nin qatili həbs edildi - FOTO
Zərdabda narkotik satan qardaşlar saxlanılıb
Türkiyə SQ PKK-nın ən təhlükəli terrorçusunu məhv etdi
Polis evdən tapança və narkotik bitki yetişdirilən dibçək tapdı
Ən təhlükəli bürclər
Türkiyədə təhlükəli terrorçu məhv edildi
Daha bir təhlükəli terrorçu ələ keçdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 