Müstəqilliyi qismən tanınmış Kosovoda üç ölkə polisinin keçirdiyi xüsusi əməliyyat nəticəsində bazar dəyəri 6 milyard dollar olan 2.2 ton kokain ələ keçirilib. Tez-tez iri həcmdə kokain ələ keçirilən, narkomafiyaların faktiki nəzarətində olan və “Avropanın Kolumbiyası” hesab edilən Kosovoda bu əməliyyat Albaniya və İtaliya polisinin dəstəyi ilə həyata keçirilib. Bildirilir ki, tonlarla kokain Kosovonun Durres limanından TIR-a yüklənib. Polis həmin TIR-ı təqib etməyə başlayıb və Priştina şəhərinə daxil olarkən saxlayıb. Polisin yaydığı görüntülərdə TIR-ın üzərindəki yazılar və dövlət nömrə nişanı bağlanıb. Kokainin Kosovoya hansı ölkələrdən keçirilərək gətirildiyi bilinmir. Ehtimal edilir ki, kokain daha sonra müxtəlif Avropa ölkələrində narkotacirlərə paylanmaq üçün daşınırdı. Bu, son bir ayda Durres limanında aşkarlanan üçüncü iri kokain partiyasıdır. Balkan marşrutu hazırda beynəlxalq narkomafiyanın istifadə etdiyi əsas transit marşrutudur. Bu marşrutun üzərində yerləşən Albaniya və Kosovoda təkcə bir il ərzində 10 tona yaxın kokain aşkarlanıb. Lakin bunlar həmin ölkələr üzərindən daşınan kokainin cüzi hissəsi hesab olunur.
6 milyard dollarlıq kokain ƏLƏ KEÇDİ - Kosovada BÖYÜK ƏMƏLİYYAT



Bakı aeroportunda əməliyyat- Saxlanılanlar var
Tibbi maskaların arasından elə birşey çıxdı ki...
Təyyarədən atılan 9 milyonluq kokain səhv evə düşdü, pilot həbs olundu
Prezidentin təyyarəsindən kokain tapıldı
DİN və DSX birgə əməliyyat keçirdi- SAXLANILAN VAR
15 aylıq uşaq narkotikdən zəhərləndi - ŞOK
Dünyanın ƏN TƏHLÜKƏLİ şəxsi ələ keçdi
ABŞ bu şəxsin başına 5 milyon dollar qoydu
Bakıda ƏMƏLİYYAT: Həbs edilən var
Şahmat lövhəsindən külli miqdarda narkotik çıxdı
Pablo Eskobar haqqında inana bilməyəcəyiniz — 14 FAKT
Təyyarə ilə Azərbaycana narkotik gətirmək istədi və...
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 