"Bütün kəndlər dağılıb, şəhər dağıdılıb, bir dənə də salamat kənd qalmayıb. Ona görə qubadlılıları buraya yerləşdirmək üçün əlbəttə ki, çox böyük işlər görüləcək. Burada infrastruktur işləri birinci sıradadır. İndi siz də gələndə gördünüz ki, çox geniş, dördzolaqlı yol çəkilir. Heç vaxt bu ölçüdə yol olmamışdır. Dar bir yol idi Zəngilandan Qubadlıya, Laçına. İndi biz Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkirik ki, bu yoldan insanlar rahat istifadə etsinlər. Eyni zamanda, burada istehsal olunacaq məhsulları bazarlara vaxtlı-vaxtında, itkisiz çatdırmaq üçün imkan olsun".
ONN media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev oktyabrın 25-də Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
"Zəngilan hava limanı gələn il istifadəyə veriləcək. Zəngilan, Qubadlı faktiki olaraq bir zonadır, məsafə də çox böyük deyil. Ona görə qubadlılılar da bundan istifadə edəcəklər. Əlbəttə, Qubadlı rayonunun iqtisadi inkişaf planı ayrıca hazırlanmalıdır. Çünki infrastruktur layihələri təsdiq edilib. Sosial infrastrukturla bağlı Baş planda bütün məsələlər əhatə olunacaq - məktəblər, xəstəxanalar və digər sosial obyektlər, yaşayış binaları. Qubadlı şəhərində yaşayış binaları tikiləcək" , - deyə dövlət başçısı bildirib.



Şəhidlərimizin adı məktəblərə veriləcək
Qubadlı rayonunun əhalisinin sayı açıqlandı
Ölkəmizin yeni dövrü başlayır - PREZİDENT
Prezident Laçın Beynəlxalq Hava Limanının təməlini qoydu
Prezident Zəngilan Hava Limanının təməlini qoydu
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda
Zəngilanda hava limanı tikiləcək - Prezident AÇIQLADI
Zəngilan və Qubadlıya media-tur təşkil olundu
Prezident Şuşada ELAN ETDİ: Böyük qayıdış başlayır, bütün işlər...
Azad edilmiş ərazilərdə birinci hava limanı sentyabrda istismara veriləcək - Prezident
Prezident: "Biz erməni faşizmini məhv etmişik"
Prezident: "Zəngilan məscidi bərpa edilir, orada lövhələr də qoyulub"
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 