“Çində “Sinovac” vaksininin üç yaşdan böyük uşaqlar üçün istifadə olunması ilə bağlı tədqiqatlar aparılır. Yekun nəticələr əldə olunan kimi ekspert qruplarımızla müzakirə olunacaq və bundan sonra qərar qəbul ediləcək”.
Bunu “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu çərçivəsində səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev Azərbaycanda vaksinasiya yaşının azaldılmasının mümkünlüyü barədə Trend-in sualını cavablandırarkən deyib.
O bildirib ki, Azərbaycanda hazırda 12-18 yaşlı uşaqlar valideynlərin istəyi ilə peyvənd olunur:
“ABŞ-da 5 yaşdan 11 yaşadək uşaqların peyvəndlənməsinə icazə verilir. Bunun üçün xüsusi “Pfizer” vaksinindən istifadə olunur”.
Azərbaycanda pandemiya ilə bağlı cari vəziyyətdən danışan T.Musayevin sözlərinə görə, bir müddət əvvəl yoluxma sayının artmasına səbəb insanların uğurlu vaksinasiya kampaniyası fonunda arxayınlaşması və sosial məsafə, fərdi müdafiə qaydalarına əməl etməməsidir:
“Mən hələlik “Delta+” ştammı barədə məlumat olmadığı üçün nəsə deyə bilmərəm. Biz müntəzəm olaraq əlavə vaksinlərin gətirilməsi məsələsi üzərində işləyirik. Zərurət yaranacağı halda biz əlavə vaksin satın alacağıq”.



Azərbaycanda kütləvi vaksinasiya başlayır - BU TARİXDƏN
12 yaşdan yuxarı uşaqlara məcburi peyvənd vurulacaq? - RƏSMİ AÇIQLAMA
Teymur Musayev vətəndaşlara müraciət etdi
Nazir əvəzi açıqladı: Səhiyyə sistemində islahatlar aparılacaq
Hansı vaksin daha yaxşıdır? – Adil Qeybulla adını açıqladı
“Peyvənd sertifikatı” müddətsiz olacaq - RƏSMİ
Azərbaycanda əhalinin neçə faizi vaksin olunub?
Kraliça vaksinasiya ediləcək
Hande Harmancı peyvənd vurdurdu
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 