Bəzi kütləvi informasiya vasitələrində vəzifə cinayətlərinə görə həbs olunmuş Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq Başçısı Mahir Quliyevin vəkilinə istinadən onun sağlıq durumunun ağır olması ilə bağlı məlumatlar yayılır.
Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova Oxu.Az-a bildirib ki, yayılan məlumat həqiqətə uyğun deyil:
“Belə ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq Başçısı 1958-ci il təvəllüdlü M.Quliyev iki ay əvvəl koronavirusa yoluxub. O, hipertoniya, diabet, qaraciyərin xroniki ağır infeksion xəstəliyi, kəskin ürək çatışmazlığı kimi xəstəliklərdən əziyyət çəkdiyindən təhlükəli risk qrupuna daxil olduğu üçün koronavirusa qarşı ölkəmizdə ən ixtisaslaşmış tibb ocaqlarından olan Dövlət Gömrük Komitəsinin Hospitalına yerləşdirilib və orada iki ay müddətində, o cümlədən süni tənəffüs aparatına qoşularaq intensiv müalicə olunub. Peşəkar həkim heyətinin səyləri nəticəsində həyatı xilas edilərək bir həftə öncə reanimasiyadan çıxarılaraq palataya köçürülüb.
Bildirirəm ki, virusdan tam sağalmış M.Quliyevin ümumi reabilitasiya tədbirləri üçün mülki sektorda adi bərpaedici müalicəyə cəlb olunub.
Yeri gəlmişkən, koronavirus xəstəliyinə yoluxmuş sabiq icra başçısı Vilyam Hacıyev da Gömrük Hospitalında müalicələrə cəlb edilərək tam sağalmışdır.
Fürsətdən istifadə edib nazirliyimizin adından Gömrük hospitalının rəhbərliyinə və həkimlərinə kimliyindən asılı olmayaraq xəstə insanların sağalması üçün fədakar əməklərinə görə dərin təşəkkürümü bildirirəm.
Maraqlısı odur ki, M.Quliyev tam sağalaraq hospitaldan bu gün çıxdığı halda məhz bu gün səhhətinin ağır olması barədə həqiqətə uyğun olmayan xəbər yayılıb.
Təəssüflə qeyd etmək istəyirəm ki, bundan öncə də digər həbs olunmuş şəxslər barəsində yanlış məlumatlara rast gəlirdik.
Düşünürəm ki, bu cür məsələlərlə bağlı cəmiyyətə məlumat verilərkən daha həssaslıqla yanaşılmalıdır, çünki sensasiya xatirinə yalan xəbərlərin yayılması ictimaiyyətdə çaşqınlıq yaradır, həmdə xəstələrin ailələrinə, yaxınlarına mənəvi cəhətdən yenidən iztirab və əsassız narahatlıq yaşadır”.



Həbsdə olan sabiq icra başçısı koronavirusa yoluxdu, vəziyyəti ağırdır
Mahir Quliyevin vəziyyəti ağırlaşdı
Həbsdə koronavirusa yoluxan sabiq icra başçısı ECMO-ya qoşuldu
Həbsdə olan icra başçısının ölüm səbəbi AÇIQLANDI
Həbsdə olan sabiq icra başçısı ilə bağlı qərar verildi
Nazirlik icra başçısının fəaliyyətini yoxlayır
Mahir Quliyevin vəziyyəti ağırlaşdı
Həbsdə olan daha bir sabiq icra başçısının oğlu YÜKSƏK VƏZİFƏYƏ TƏYİN EDİLDİ
Sabiq icra başçısı barəsində həbs qətimkan tədbiri seçildi
Həbs edilən icra başçısı ilə bağlı ŞOK FAKTLAR ÜZƏ ÇIXDI: yüzlərlə...
Həbs olunan sabiq icra başçısını hansı cəza gözləyir?
Bu rayonun icra başçısı saxlanıldı - DTX-dən ƏMƏLİYYAT - YENİLƏNİB
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı 