“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti Hesablama Palatasının QSC-də aparılmış auditin nəticələri ilə bağlı açıqlama yayıb.
QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, açıqlamada qeyd olunan pozuntu halları 2015-ci ilə aid və indiki dövrə uyğun olmayan maliyyə nizamnaməsinə görə yaranıb.
Bildirilib ki, hazırda 2015-ci ilə aid olan və müasir dövrün tələblərinə uyğun gəlməyən maliyyə nizamnaməsinin yenidən işlənilməsi, əməkhaqqı və qonorar sistemini tənzimləyən yeni sənədin hazırlanması, həmçinin struktur islahatlarının aparılması və bir-birini təkrarlayan artıq ştat vahidlərinin ləğv olunması istiqamətində işlər davam etdirilir: “Eyni zamanda müəyyən postlarda vəzifə dəyişikliyi aparılır. Reklam siyasətinin şəffaflaşdırılmasına gəldikdə isə burada reklam vəsaitlərinin mənimsənilməsindən deyil, sadəcə gəlir və xərclərin hesabatlılığının şəffaf şəkildə aparılmasından söhbət gedir ki, bu istiqamətdə də görüləcək işlərdən biri elektron şəbəkə sisteminin yaradılmasıdır.
Əməkhaqqı və qonorar sistemində qeyd olunan qanun pozuntuları da əməkdaşların maaş və qonorarlarının artırılmasından irəli gəlir. Belə ki, hazırda AzTV-də iş həcmi və məhsuldarlıq əvvəlki dövrlərlə müqayisədə ən azı iki dəfə artıb. Məhsuldarlığın artması isə heç şübhəsiz ki, maaş və qonorarların artırılması deməkdir. Amma 2015-ci ilə aid maliyyə nizamnaməsi buna imkan vermirdi. Həmin nizamnaməyə əsasən redaktor ən yaxşı halda 500-600 manat maaş almalıdır. Etiraf edək ki, hazırda heç kim qeyd olunan məbləğə redaktorluq işini yerinə yetirməyə razı olmaz. Lakin iş də getməlidir. Belə olan halda da maliyyə pozuntuları yaranırdı. Palata məhz həmin pozuntuları müəyyən edərək AzTV-yə irad bildirib. Qeyd etdiyimiz kimi, artıq maliyyə nizamnaməsinin yenidən işlənilməsi və bu günün şərtləri ilə uyğunlaşdırılması istiqamətində iş gedir. Hətta bu məqsədlə əlavə müxəssislər cəlb etmişik.
Hesablama Palatasının üç ay ərzində AzTV-də apardığı yoxlamalar və müəyyən etdiyi maliyyə problemlərindən irəli gələrək ortaya qoyduğu tövsiyə və qərarlara görə təşəkkür edirik. Çünki istənilən yoxlama və ortaya çıxan qüsurların aradan qaldırılması istiqamətində atılan addımlar ümumi işin xeyrinədir”.



AzTV-dəki yoxlamalarla bağlı rəsmi açıqlama
Tanınmış jurnalistə AzTV-də vəzifə verildi
Milli Məclisdə yoxlama aparıldı
AzTV o verilişi niyə bağladı? – AÇIQLAMA
Bağçalarda 2 milyonluq yeyinti iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA
SON DƏQİQƏ: AzTV-nin 7 əməkdaşı koronavirusa yoluxdu, 1-i öldü
AzTV-də yeni layihə
Azərbaycanda bu kanal adını dəyişdi – Açıqlama
Hesablama Palatasının bu hüququ ləğv edilir
Tanınmış jurnalist AzTV-də yüksək vəzifəyə təyin edildi
Baş nazirdən AzTV ilə bağlı qərar
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 