Gorus-Qafan yolunda Azərbaycan gömrük və sərhəd postunun qurulması Ermənistanın daxili bazarında enerji daşıyıcılarının qiymətinə təsir edir.
ONN media xəbər verir ki, bu barədə Ermənistan Enerji Təhlükəsizliyi İnstitutunun direktoru Vahe Davtyan danışıb.
O iddia edib ki, bu müddət ərzində İran maşınlarının axını azalıb və nəticədə yanacaq qıtlığı müşahidə edilib. Belə ki, bunun nəticəsində 29 oktyabrda Ermənistanda yanacaq qiymətləri qalxıb. Ancaq bu, son olmayacaq.
Onun sözlərinə görə, Ermənistanda maşınlar qiymətə görə daha çox maye qazla işləyir: “Məsələ burasındadır ki, maye qaz Ermənistana irihəcmli yük maşınlarında gətirilir. Bu maşınlar üçün Ermənistan hakimiyyətinin çəkdiyi alternativ dolama yollar isə çox dar və keçilməzdir”.
O, həmçinin qiymətlərin qalxmasına həm də qlobal səviyyədə qiymət bahalaşmasının səbəb olacağını bildirib.
Qeyd edək ki, ötən gün SOCAR-ın Gorus-Qafan yolunda yeni yanacaqdoldurma məntəqəsi açması barədə xəbər ciddi rezonans yaradıb. Bir çoxları düşünür ki, SOCAR-ın yanacaq məntəqəsində qiymətlərin daha ucuz olması, üstəlik Gorus-Qafan yolunun alternativ yoldan müqayisəedilməz dərəcədə rahatlığı Ermənistan vətəndaşlarının bu yoldan və SOCAR-ın yanacaq məntəqəsindən istifadəsini stimullaşdıracaq. Bu isə Ermənistan bazarına Azərbaycanın ilk nüfuzudur.(axar.az)



Ermənistan Təhlükəsizlik Şurası: “Bu ərazilər Azərbaycanındır”
Gorus-Qafan yolu açıldı
DİQQƏT- Bu yol yenidən bərpa olundu
Gorus-Qafan yolunda gömrük-buraxılış məntəqəsi quruldu - İran maşınları vergi ödəyir...
Azərbaycan Gorus-Qafan yolunda tikinti aparır
Azərbaycan manatı ermənilər üzərində təsir qazana bilər
SOCAR-ın Gorus-Qafan yolundakı YDM-nin açılışı olub
Azərbaycan Gorus-Qafan yolunda rüsum alır?
İranın yük maşınları yolda qalıb: ödəniş etmək istəmirlər
Ölkədə niyə maye qaz problemi yaranıb? - SOCAR-dan açıqlama
Qafan yolundakı postumuzda nələr quraşdırılıb?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 