Bakıda polis köhnə nimdaş paltarda və üstü çirkli olan vətəndaşı metroya buraxmayıb.
Bu gün səhər saatlarında “28 May” metrostansiyasında köhnə və çirkli geyimdə olan orta yaşlı kişi metroya buraxılmayıb.
Stansiyada xidmət aparan polis əməkdaşları onu bu çirkli geyiminə görə metroya buraxa bilməyəcəklərini deyərək, ərazini tərk etməli olduğunu bildiriblər. Bu səbəbdən yaşlı kişi də metrodan istifadə edə bilməyib.
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov o cür geyimdə olanların metroya buraxılmaması haqqında qanun olduğunu deyib:
“Bu haqda qanun var. Ölçüsü böyük olan əl əşyası digər şəxslərə mane olursa, üst geyim çirklidirsə, vətəndaşlar metroya buraxılmır. Bu barədə qanunu Nazirlər Kabineti təsdiq edib.”
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev isə bu hadisədə polisin heç bir hüquqazidd addım atmadığını dilə gətirib:
“Polisin hərəkətlərində heç bir hüquqazidd addım yoxdur. Polis metroda müəyyən olunan qayda və təlimatlar əsasında fəaliyyət göstərir. Sərnişinlərin geyimlərini və ya salonunu çirkləndirə biləcək paltarda olmaq və ya çirkli əl yükünü aparmaq qadağandır”.(Lent.az)



Metroda şəxsiyyət vəsiqələrinin yoxlanılma SƏBƏBİ BİLİNDİ
Bu şəxslər metroya buraxılmır- Rəsmi
Bu şəxslər Bakı metrosuna BURAXILMIR - YOXLAMALAR BAŞLADI
Bu şəxslər metroya girə bilməyəcəklər
Metroda balta ilə gəzən şəxsin aqibəti necə oldu?
3-cü doza vaksin vurdurmayanlar fevralın 15-dən sonra metroya buraxılmayacaq?
DİN metro sərnişinlərinə növbəti dəfə xəbərdarlıq etdi
Bakıda polis vətəndaşı öldürmək istəyən şəxsi zərərsizləşdirdi
Vaqif Əsədov təltif edildi
Uşaqlar metroya səs salacaq
Elşad Hacıyev DİN-də yüksək vəzifəyə təyin edildi
Metrodakı sıxlıq probleminə çarə tapıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 