Energetika naziri Pərviz Şahbazov “Total” şirkətinin Azərbaycan üzrə İcraçı direktoru Regis Agutu qəbul edib. Görüşdə “Abşeron” layihəsinin icra vəziyyəti və “Total” şirkəti ilə bərpa olunan enerji sahəsində əməkdaşlığa dair məsələlər müzakirə edilib. Nazirlikdən ONN media -ya verilən məlumata görə, Energetika naziri Pərviz Şahbazov “Abşeron” layihəsi çərçivəsində görülən işləri, ölkənin daxili tələbatının ödənilməsində böyük qaz-kondensat ehtiyatlarına malik bu yatağın rolunu yüksək qiymətləndirib. Nazir yataqda hasilatın başlanması və növbəti inkişaf mərhələsi üzrə şirkətin planları ilə maraqlanıb. “Total” şirkətinin Azərbaycan üzrə İcraçı direktoru Regis Agut “Abşeron” layihəsini hər iki tərəfin maraqlarına cavab verən layihə kimi dəyərləndirib. Xəzər dənizində ən dərin quyunun qazılması da daxil olmaqla “Abşeron” yatağında hasilata başlanması istiqamətində həyata keçirilən işlər barədə məlumatları diqqətə çatdırıb. Regis Agut bildirib ki “Abşeron” yatağından ilk qazın əldə edilməsi 2021-ci ildə nəzərdə tutulur. Görüşdə “Total” şirkətinin enerji transformasiyası prosesində roluna və bərpa olunan enerji sahəsindəki fəaliyyətinə də toxunulub. Energetika Nazirliyi və “Total Eren” şirkəti arasında Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişaf etdirilməsi məqsədilə imzalanmış “Anlaşma Memorandumu” xatırladılıb və bərpa olunan enerji layihələri üzrə keçiriləcək hərraclarda şirkətlə əməkdaşlığın davam etdirilməsi niyyəti ifadə edilib.
Energetika naziri “Total” şirkətinin Azərbaycan üzrə İcraçı direktorunu qəbul edib



Energetika naziri “Total”ın nümayəndəsini qəbul etdi
"SOCAR"la "Total" arasında əməkdaşlıq müzakirə olundu
TAP layihəsi 85 faizdən çox icra olunub
Prezident TOTAL-ın baş icraçı direktoru ilə görüşdü
İlham Əliyev qəbul keçirdi
Energetika naziri “Siemens” şirkətinin tədbirində iştirak etdi
Pərviz Şahbazovla İndoneziyanın “Pertamina” şirkətinin nümayəndə heyəti arasında görüş keçirilib
Pərviz Şahbazov 25-ci Yubiley Beynəlxalq “Xəzər Neft və Qaz “Sərgisi çərçivəsində bir sıra görüşlər keçirib
Energetika naziri isveçrəli iş adamlarını qəbul etdi
Azərbaycanın energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib
İlham Əliyev Breuillacı qəbul etdi
Enerji sahəsində Azərbaycan-Almaniya əməkdaşlığı müzakirə edilib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 