Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Sabunçu rayon idarəsinin sabiq rəisi Babayev Rövşən Əlixan oğlu və digərlərinin qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
ONN media Baş Prokurorluğa istinadən xəbər verir ki, aparılmış istintaq-əməliyyat tədbirləri ilə 2016-2019-cu illər ərzində qeyd edilən vəzifədə işləyərkən Rövşən Babayevin həmin idarənin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin baş zabiti vəzifəsində işləmiş Yaşar Hüseynov, habelə Bakı şəhəri 3 nömrəli Şəhər Klinik Xəstəxanasının tibb işçiləri və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında 11 nəfər çağırışçının hərbi xidmətə cəlb edilməməsi üçün ümumilikdə onlardan 22 min 800 manat pulu rüşvət qismində tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Rövşən Babayev, Yaşar Hüseynov və başqalarına Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma- təkrar törədildikdə) və digər maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Hərbi Cinayətlər Məhkəməsinə göndərilib.



Bakıda yüksək vəzifədə işləmiş şəxs həbs edildi - ƏHALİYƏ MÜRACİƏT
Hərbi xidmətə çağırışla bağlı rüşvət alanlar saxlanıldı
Səfərbərliyin daha bir neçə vəzifəlisi həbs edildi
BNA-nın vəzifəli şəxsləri həbs olundu
Bakıda bələdiyyə sədri həbs olundu
Vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa olundu
SON DƏQİQƏ: Vəzifəli şəxslər rüşvətə görə həbs edildi
Daha bir vəzifəli şəxs rüşvətə görə tutuldu
Rüşvət alan daha bir vəzifəli şəxs QANDALLANDI
DTX bu İH-də əməliyyat keçirdi- SAXLANILAN VAR
SON DƏQİQƏ: "Antikorrupsiya" əməliyyat keçirdi - Vəzifəli şəxslər tutuldu
Daha bir qurumda əməliyyat keçirildi- SAXLANILAN VAR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 