Bərdə rayon məhkəməsinin iclas katibi vəzifəsində işləmiş Elcan Alışovun qanunsuz əməlləri barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən daxil olmuş materiallar üzrə aparılan araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. ONN media xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, aparılan istintaq-əməliyyat tədbirləri ilə həmin vəzifədə işləyərkən Elcan Alışovun Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən bir qrup rayon sakininin məhkəmə baxışı zamanı azadlığa buraxılacağı ilə bağlı yalan vədlər verərək, təqsirləndirilən şəxslərin qohumlarından cəmi 24 min manat məbləğində pul vəsaitini almasına, məhkəmənin hökmü ilə sözügedən təqsirləndirilən şəxslərə azadlıqdan məhrumetmə cəzası təyin edildikdən sonra isə onların cəzalarının bir hissəsini çəkdikdən sonra şərti olaraq vaxtından əvvəl azadlığa buraxılacağı barədə vəd verməklə vətəndaşlardan əlavə olaraq 10 min manat məbləğində pul vəsaitini almasına, bununla da ümumilikdə 34 min manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib vətəndaşları rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr yaranıb. Alışov Elcan Əmir oğlu Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən digər halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Rüşvət alan daha bir vəzifəli şəxs QANDALLANDI



Azərbaycanda daha bir "vəzifəli şəxs" HƏBS EDİLDİ
SON DƏQİQƏ: Bakı Ağır Cinayətlər Məhkəməsinin vəzifəli əməkdaşı həbs edildi
Çağırışçılardan rüşvət alan sabiq rəislə bağlı YENİ XƏBƏR
Azərbaycanda vəzifəli şəxsə CİNAYƏT İŞİ AÇILDI
Daha bir vəzifəli şəxs rüşvətə görə tutuldu
Azərbaycanda dələduz "prokuror" həbs olundu
Rəfael Cəbrayılovun məhkəməsi niyə təxirə salındı?
Rüşvətə görə işdən çıxarılan vəzifəli şəxslərlə bağlı YENİ XƏBƏR
Azərbaycanda yüksək vəzifədə çalışmış şəxs həbs edildi
Daha bir vəzifəli şəxs məsuliyyətə cəlb olundu
BNA-nın vəzifəli şəxsləri həbs olundu
FHN əməkdaşı həbs edildi - RƏSMİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 