Dövlət İmtahan Mərkəzi gələn ilin yanvar və fevral aylarında keçiriləcək imtahanların tarixlərini açıqlayıb.
Mərkəzdən verilən məlumata görə yanvar ayında dövlət qulluğuna (A növü) qəbul və Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul imtahanı keçiriləcək. Fevral ayında isə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı, dövlət qulluğuna (B növü) qəbul, magistratura səviyyəsinə qəbul imtahanı (I cəhd) və peşə liseylərinin buraxılış imtahanının keçirilməsi nəzərdə tutulur.
Bütün imtahanların qrafiki ilə daha ətraflı cədvəldə tanış ola bilərsiniz:
| İmtahanın adı | Tarixi |
| Dövlət qulluğu vəzifələri (A növü) üzrə test imtahanı | 23 yanvar |
| Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul imtahanı | 23 yanvar |
| Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı (I, II, III və IV qrup) | 13 fevral |
| Dövlət qulluğu vəzifələri (B növü) üzrə test imtahanı | 13 fevral |
| III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə sınaq imtahanı | 20 fevral |
| Magistratura səviyyəsinə qəbul imtahanı (I cəhd) | 20 fevral |
| Peşə liseylərinin şagirdləri üçün buraxılış imtahanı | 27 fevral |
| Peşə liseylərinin Azərbaycan dilindən fərqli dildə təhsil alan şagirdləri üçün dövlət dili (Azərbaycan dili) imtahanı | 28 fevral |
| TOEFL imtahanı | 8, 22 yanvar12, 19 fevral |
| GRE imtahanı | 9 yanvar4 fevral |
| TKT (Teaching Knowledge Test) imtahanı | 29 yanvar |
Digər aylarda keçiriləcək imtahanların tarixləri müəyyən olunan kimi ictimaiyyətə məlumat veriləcək.



Gələn ilin buraxılış və qəbul imtahanının vaxtı açıqlandı
Magistraturaya və doktoranturaya qəbul imtahanının vaxtı açıqlanıb
Ali məktəblərə qəbul imtahanlarının VAXTI AÇIQLANDI
Mart və apreldə keçiriləcək imtahanların tarixləri...
Bu gün buraxılış imtahanı keçirilir
DİM avqustda keçiriləcək imtahanlarla bağlı məlumat yaydı
Bu mövzular qəbul imtahanından çıxarılıb
Buraxılış, qəbul və sınaq imtahanlarının vaxtı açıqlandı
Qəbul imtahanlarının vaxtı açıqlandı
Gələn il keçiriləcək buraxılış imtahanlarının tarixləri
DİQQƏT- İmtahanların vaxtı açıqlandı
Dövlət qulluğuna qəbul imtahanlarının vaxtı açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 