Azərbaycanda tikinti materialları ucuzlaşıb.
Bunu əmlak eksperti Ramil Osmanlı deyib.
Onun sözəlirinə görə, ucuzlaşmalar əsasən taxta materiallarında qeydə alınır.
"Belə ki, sahibkarlar qiymət ucuzlaşmasını mövsümlə əlaqələndirirlər. Bildirirlər ki, qış aylarında tikinti materiallarına tələbat azalır və bazarda ucuzlaşma baş verir. Ancaq qiymətlərin bu qədər ucuzlaşması təəccüblüdür. Fevral ayından etibarən tikkinti mövsümündə canlanma baş verəcək. Qiymətlər indiki kimi qalarsa, bu, böyük göstərici olar", - deyə o qeyd edib.
Ekspertin sözlərinə görə, ötən ilin son rübündə taxtanın 1 kubmetrinin qiymət ötən il 430-450 manata çatmışdı.
"Hazırda isə 330 manata almaq mümkündür. Diktlərin də qiymətində azalma müşahidə olunur. 18 mm-lik diktin qiyməti 40 manatdan 20-25 manata satılır. Ümumiyyətlə, taxta və taxtadan hazırlanan materialların qiymətlərində ucuzlaşma var. Bundan başqa, dam örtüklərinin qiymətlərində də 3 manat ucuzlaşma var", - deyə R. Osmanlı bildirib.
Qeyd edək ki, Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, ötən ildə tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 85,7 milyon manat olmaqla, 2021-ci illə müqayisədə 12,6 faiz artım olub



Ev tikmək istəyənlərin NƏZƏRİNƏ
Tikinti bazarında son durum necədir?
Ev almaq istəyənlərin nəzərinə! - VİDEO
Ev tikmək istəyənlərə şad xəbər
ŞAD XƏBƏR- Ətin qiyməti ucuzlaşdı
Ev tikmək istəyənlərə ŞAD XƏBƏR
Maşın bazarında ucuzlaşma - VİDEO
Ev tikmək istəyənlərin NƏZƏRİNƏ
Bakıda ev almaq istəyənlərin NƏZƏRİNƏ
Ət nə qədər bahalaşıb? – Son qiymətlər
Ev almaq istəyənlərin NƏZƏRİNƏ
Kirayə mənzil bazarında son durum
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 