İspaniyanın Alikante Universitetindən filoloq Maria Mendez Santos insanların xarici dil öyrənərkən yol verdiyi əsas səhvlərdən danışıb və dil öyrənmək üçün 4 effektiv üsulu bölüşüb.
ONN media xəbər verir ki, Santosun sözlərinə görə, qeyri-real gözləntilər çox vaxt öyrənməyə mane olur. Məsələn, bir çox insan kurslara yazılmağın kifayət olduğunu düşünür, 1 və ya 2 həftə ərzində xarici dildə sərbəst danışa biləcəyini gözləyir. “Dili mənimsəmək istəyirsinizsə, bir kursdan daha çox vaxt sərf etməli olacaqsınız” , - filoloq xəbərdarlıq edib.
Santosun fikrincə, bir dili öyrənmək üçün bir neçə həftəlik başqa bir ölkəyə köçməyin kifayət olduğunu düşünmək də olmaz. O əlavə edib ki, yeni mühitə uyğunlaşmaq bir anda baş vermir, ona görə də bir dildə danışmaq üçün başqa ölkədə çox vaxt keçirmək lazımdır.
Başqa bir mif onunla bağlıdır ki, istədiyiniz dildə danışan əcnəbi bir dost tapmaq və onunla ünsiyyət qurmaq kifayətdir. Filoloq ana dilində danışan biri ilə yeni dil öyrənməyin effektivliyini inkar etmir, ancaq bu şəxs dili öyrədirsə.
Xarici dilə yiyələnmək istəyənlər üçün Santos uzun bir səyahətə hazırlaşmağı və nizam-intizamlı olmağı öyrənməyi tövsiyə edir. O, həmçinin yüksək gözləntilərdən imtina etməyi, real hədəflər qoymağı, sadədən başlayaraq tədricən daha mürəkkəb olanlara keçməyi təklif edir.
Filoloq öyrənməyi gündəlik həyatın bir hissəsinə çevirməyi tövsiyə edir. Məsələn, xarici dildə serial və filmlərə alt yazı ilə baxa, telefon menyusunu istədiyiniz dilə çevirə və ya xarici dildə videooyunlar oynaya bilərsiniz. Santos hesab edir ki, hər gün istifadə etsəniz, yeni sözləri yadda saxlamaq daha asan olar, ona görə də onları istifadə etməyə və tətbiq etməyə davam etmək vacibdir.



Xarici diplomlar hansı hallarda tanınmır?
Dilçi alimdən təklif: "Məmurlar Azərbaycan dilindən imtahan verməklə işə götürülsün"
Türkiyədə əmlak sahibi olmaq istəyənlərə şad xəbər
Reklamdakı qüsurlar - Onları 10 min manat cərimə gözləyir
DİQQƏT - Piylənmədən daha TƏHLÜKƏLİDİR
Azərbaycan dili dünyanın ən çətin dillərindən biri seçildi
Qünutda hansı duanı oxumaq lazımdır?
Putindən xəbərdarlıq: üç-dörd həftəyə...
Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinə 6 min söz əlavə edildi
Yeni lüğətdə yeni sözlər - Deltaplan, gid, prelüdiya... - VİDEO
Uğurlu insanların 6 vərdişi
Necə edək ki, kişilər xəyanət etməsin? – 4 TÖVSİYƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 