Azərbaycan Dövlət Aqrar Universitetində pambıqçılıq ixtisasının yaradılması məqsədəmüvafiq sayıla bilər.
ONN media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bərdədə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində yekun nitqində deyib.
Dövlət başçısı bildirib ki, kadr hazırlığına ciddi fikir verilməlidir: “Qeyd etdiyim kimi, son illər ərzində – 2016-cı ilə qədər pambıqçılıq tənəzzülə uğradığı üçün bu peşəyə yiyələnmək istəyənlərin də sayı çox az idi. Bu sahə demək olar ki, ciddi kadr təminatı ilə dəstəklənmir. Ona görə indiki şəraitdə Azərbaycan Dövlət Aqrar Universitetində pambıqçılıq ixtisasının yaradılması məqsədəmüvafiq sayıla bilər. Bu, nəzərə alınsın və eyni zamanda, texniki peşə məktəblərində də bu sahəyə xüsusi diqqət göstərilsin”.
İlham Əliyev qeyd edib ki, Azərbaycanda pambıqçılığın böyük gələcəyi var. Bizə hazırlıqlı mütəxəssislər, kadrlar, müasir texnologiyaları bilən kadrlar lazımdır:
“Mən keçən il Saatlı rayonunda keçirilmiş müşavirədə qeyd etmişdim ki, Mingəçevir Yüngül Sənaye Parkının açılışı gözlənilir. Bu ilin fevralında bu parkda birinci zavodlar, fabriklər işə düşdü. Bu, böyük sənaye kompleksi olacaq, Mingəçevir şəhərində işsizliyin aradan qaldırılmasına kömək göstərəcək. İndi iki fabrikdə 700-dən çox insan işləyir. Növbəti dövrdə yeni fabriklərin yaradılması nəzərdə tutulur. İndi hazırlıq işləri gedir. Ancaq qısa müddət ərzində iki böyük iplik fabriki işə düşdü. Mən bunu qeyd etdim, bir daha demək istəyirəm, bu fabriklər 20 min ton iplik istehsal edir. Fabriklər açılana qədər Azərbaycanda iplik istehsalı 24 min ton idi. Altı fabrik fəaliyyət göstərirdi. Bu iki fabrik demək olar ki, onun yarısını təmin edir. Bu da ixracyönümlü məhsuldur. Biz indi pambığı mahlıca, mahlıcı isə ipliyə çeviririk və ixrac edirik, eyni zamanda, daxili istehsalda bundan istifadə edirik. Yeni iplik fabriklərinin tikintisinə ehtiyac olacaq, çünki bizdə pambıq istehsalı artacaq. Biz elə etməliyik ki, tədarük edilən bütün pambıq, ondan hazırlanan mahlıc Azərbaycanda emal olunsun, ipliyə və ondan sonra hazır məhsula çevrilsin. Biz bu işlərə əlavə dəyər qataraq həm minlərlə yeni iş yeri yaradacağıq, həm də daha böyük qiymətə rəqabətqabiliyyətli məhsul ixrac edəcəyik. Yəni, biz artıq bu işin ortasındayıq. İplik fabriklərinin emal gücü 44 min tondur. Bu, çox yaxşı göstəricidir, daha da artmalıdır. Ondan sonra bununla paralel olaraq hazır məhsulun istehsalı da nəzərdə tutulmalıdır.
Bax, görün, pambığın istehsalı ölkəmizə nə qədər böyük xeyir gətirir. Qeyd etdiyim kimi, bu, ölkəmizə valyuta, yeni texnologiyalar gətirir, nəinki pambıq yetişdirən rayonlarda, indi Mingəçevir şəhərində iş yerləri yaradılır. Çünki bu fabriklər dünyanın ən qabaqcıl texnologiyaları əsasında fəaliyyət göstərirlər”.



İlham Əliyev müşavirə keçirdi
Prezident: "Pambıqçılıq bizim üçün ənənəvi kənd təsərrüfatı sahəsidir"
Pambıqçılığa həsr olunmuş iclas keçirilib
Prezident: Pambıqçılıqda inkişafla bağlı atılmış bütün addımlar öz səmərəsini verməkdədir
Son iki ildə Azərbaycanda pambıqçılıqda istifadə üçün 5700 ədəd texnika alınıb
Bax, budur bugünkü Azərbaycan!- İlham Əliyev
Saatlıda pambıqçılıqla əlaqəli növbəti müşavirə keçirilib
Azərbaycanla Türkiyə arasında Kənd Təsərrüfatı Sığortası üzrə Əməkdaşlıq Protokolu imzalanıb
Prezidentdən fermerlərə jest
Aqrar yönümlü ixtisasları seçən abituriyentlərə ŞAD XƏBƏR
İlham Əliyev: İtaliya-Azərbaycan Universiteti üçün bina inşa ediləcək
Pambıqçılıqda bağlı müşavirələr keçirilməyə davam edir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 