Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi: “Qəhrəmanın ailəsinin üzləşdiyi bu vəziyyətin aradan qaldırılması, ailənin xeyrinə hüquqi addımların atılması ilə bağlı işlərə başlanılıb”
Azərbaycanın Milli Qəhrəmanı Pərviz Səmədovun həyat yoldaşı Şahvələdova Mətanət Ziyəddin qızı ona verilən Prezident təqaüdünün kəsildiyini iddia edir. O bu barədə sosial şəbəkədə videomüraciət yayımlayıb.
M.Şahvələdova bildirir ki, Pərviz Səmədovla 17 yaşında ailə qurub: “O zaman yaşım rəsmi nikah yaşına düşməyib. Evlənəndən 4 ay sonra yoldaşım müharibəyə gedib və 1992-ci ildə şəhid olub. Bu illər ərzində Milli Qəhrəmana aid edilən bütün müavinətləri, təqaüdləri almışam. 2005-ci ildən Prezident təqaüdü alıram. 2021-ci ilin noyabrından isə mənə verilən Prezident təqaüdü dayandırılıb. Deyirlər ki, rəsmi nikahın yoxdur, ona görə təqaüd dayandırılıb”.
Məlumat üçün bildirək ki, Milli Qəhrəman P.Səmədov 5 may 1970-ci ildə Gəncə şəhərində anadan olub. O, könüllü olaraq 1992-ci ildə Ağdam cəbhəsində döyüşlərə qatılır və komandir təyin edilir. Elə həmin ilin mayında Ağdam rayonunda şəhid olur. Azərbaycan Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə ona Milli Qəhrəman adı verilib. Gəncə şəhərində dəfn edilən qəhrəmanın adına orada bir neçə küçə də var.
Maraqlıdır, Milli Qəhrəman P.Səmədov həyat yoldaşının müavinəti niyə kəsilib? Qeyd edildiyi kimi, Milli Qəhrəmanın yoldaşı rəsmi nigahı yox idisə, niyə bu illər ərzində bu fakt yoxlanılmayıb? Rəsmi nigah olmasa belə Milli Qəhrəmanın ailəsi sosial dəstəkdən kənarmı qalacaqmı?
- “Monitorinq zamanı Şahvələdovanın şəhidin həyat yoldaşı olduğunu təsdiq edən nikah haqqında şəhadətnamə olmadığı müəyyən edilib”
Milli Qəhrəman P.Səmədovun həyat yoldaşının təqaüdünün nə səbəbdən dayandırılması barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən bildirildi ki, bütün şəhid ailələri kimi, Azərbaycanın Milli Qəhrəmanı şəhid Səmədov Pərviz Abduləhəd oğlunun da ailəsinə bütün istiqamətlərdə dəstəyin göstərilməsi diqqətdə saxlanılır: “Şəhid Milli Qəhrəmanın həyat yoldaşı kimi Şahvələdova Mətanət Ziyəddin qızına, eləcə də onların tək övladına (23 yaşadək) uzun illər Prezidentin aylıq təqaüdü ödənilib. Sosial ödənişlərin təyinatında şəffaflığın təminatı vəziyyətinin yoxlanılması üçün keçirilən monitorinq zamanı Şahvələdovanın şəhidin həyat yoldaşı olduğunu təsdiq edən nikah haqqında şəhadətnamə olmadığı müəyyən edildiyindən qanunvericiliyin tələbi ilə həmin təqaüdün ödənişi saxlanılıb. Lakin Vətənimizin ərazi bütövlüyü uğrunda igidlik göstərmiş Milli Qəhrəmanımızın ailəsinin üzləşdiyi bu vəziyyətin aradan qaldırılması, ailənin xeyrinə hüquqi addımların atılması ilə bağlı işlərə başlanılıb. Bu səbəbdən, habelə ailənin uzun illər müvafiq sosial ödənişlə təmin edildiyi nəzərə alınaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə həmin təqaüdün bərpası və ödənişinin davam etdirilməsi məsələsinin məhkəmə qaydasında həll edilməsi nəzərdə tutulub. Bunun üçün Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının hüquqşünasları tərəfindən müvafiq işlərə başlanıb. Filialın əməkdaşları ailəni evində ziyarət edərək, məhkəməyə müraciət edilməsi üçün müvafiq sənədləşdirmə, habelə nigahı təsdiq edən məlumatları toplayıblar. Məsələnin müsbət həlli üçün işlər davam edir”.(Bakı Xəbər)



Şəhid ailəsi üçün Prezident təqaüdünü neçə nəfər alır? - RƏSMİ
İlham Əliyev İMZALADI: Bu şəxslərə aylıq 1800 manat təqaüd veriləcək
Milli Qəhrəmanın ailəsi Bakıya yola salındı
Azərbaycanın neçə Milli Qəhrəmanı sağdır?
Daha iki qurumun hərbçilərinə “Müharibə veteranı” adı verildi - RƏSMİ
Polad Həşimov və İlqar Mirzəyevin ailəsinə Prezidentdən BÖYÜK QAYĞI
Bu ailələrə hər ay 500 manat Prezident təqaüdü veriləcək - DİQQƏT!
Bu şəxslərə Prezident təqaüdü təyin edildi
Bu şəxslərə gələn aydan Prezident təqaüdü veriləcək
Daha bir Milli Qəhrəmanın məzarı bərpa edildi
Bu şəxslərə Prezidentin fərdi təqaüdü veriləcək
Müharibə veteranlarına ŞAD XƏBƏR
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 