“Müdafiə Nazirliyində araşdırma aparıldı və məlum oldu ki, nazirliyin bəzi səlahiyyətliləri dövlət vəsaitini xımır-xımır yeyirmişlər”.
ONN media Modern.az saytına istinadən xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
Deputat parlament nəzarəti mexanizmi üzərində düşünməyi təklif edib: “Baxın, "Tərtər işi" olub bitəndən sonra biz onlara bəraət verilməsinə sevinirik. Müdafiə Nazirliyində yeyilən pul şəhidin, qazinin qanpuludur. Biz bunun cavabını verə bilmək üçün parlament nəzarətini həyata keçirməli, məsələlərə ciddi yanaşmalıyıq”.
Xatırladaq ki, bir neçə gün öncə Azərbaycanın hüquq-mühafizə orqanları Müdafiə Nazirliyində iri maliyyə dələduzluğunün üstünü açıb. Əməliyyat nəticəsində Silahlı Qüvvələrin yüksək rütbəli zabitləri tutulub.
Bakı Hərbi Məhkəməsinin qərarı ilə Azərbaycan Müdafiə Nazirliyinin Quru Qoşunlarının maliyyə şöbəsinin rəisi Bayramov Bayram Xəlil oğlu həbs edilib. Bakı Hərbi Məhkəməsindən bildirilib ki, zabit 2 milyon 635 min manat pul mənimsəməkdə ittiham olunur.
Keçirilən əməliyyat tədbirləri nəticəsində Sərkərov adına hərbi hissənin maliyyə şöbəsinin rəisi Fərahim Fazil oğlu da həbs edilib. Zabit 450 min manatı mənimsəməkdə ittiham olunur. Bundan başqa, Əlizadə Vüsal Ədalət oğlu məhkəmənin qərarı ilə həbs edilib. Zabit 1 milyon 800 min manat mənimsəməkdə ittiham olunur.
Bundan əvvəl Müdafiə Nazirliyinin maliyyə idarəsinin rəisi Rafael Xəlilovun həbsi ilə bağlı xəbər yayılmışdı. Zabit 10 milyon manatı mənimsəməkdə ittiham olunur.



Daha bir polkovnik tutuldu - Azərbaycanda
MN-də mənimsəmə: daha bir vəzifəli həbs olundu
Müdafiə Nazirliyinin bölmə müdiri HƏBS OLUNDU
Mədət Quliyev bu şöbəni ləğv etdi
Deputat Müdafiə Nazirliyinin Hospitalını SƏRT TƏNQİD ETDİ
Səhiyyə Nazirliyində maliyyə yoxlaması aparılır - RƏSMİ
Bu nazirlikdə kadr və struktur dəyişiklikləri oldu
Ankarada ÖNƏMLİ GÜN: türk və rus sülhməramlıları necə fəaliyyət göstərəcək?
Şəhidin medalı ailəsinə təqdim edildi
Hər kəs soyadının sonluğunu bu cür edə bilər
Zakir Həsənov şəhid general və polkovnikin ailələrini ziyarət etdi
Müdafiə Nazirliyində istefa
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 