"Sərnişinləri yüksək səslə çağıranlara qarşı tədbirlər görüləcək".
ONN media xəbər verir ki, bunu "Report"a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin polis leytenantı Nurlan Əliyev deyib.
O bildirib ki, paytaxt ərazisində sərnişinlərin, piyadaların, həmçinin avtomobillərin maneəsiz hərəkətini təmin etmək məqsədilə polis əməkdaşları tərəfindən mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir: "Növbəti bu kimi tədbir Binəqdi rayonu ərazisi, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ətrafında baş tutub. Rayonlararası sərnişin daşıma ilə məşğul olan taksi sürücüləri avtomobillərini yolun hərəkət hissəsində saxlayaraq, digər nəqliyyat vasitələrinin hərəkətinə maneə törədirdi. Tərəfimizdən keçirilən nəzarət tədbirləri nəticəsində bu kimi neqativ halların qarşısı alınıb. Sözügedən ərazidə 24 saat polis əməkdaşları xidmət göstərir".
"Yalnız Binəqədi rayon ərazisi deyil, paytaxtın digər ərazilərində də sərnişin daşıma ilə məşğul olan sürücülər bu cür neqativ hallara yol verməməli, yolun hərəkət hissəsində avtomobillərini park etməməlidirlər. Yüksək səslə sərnişinləri cağırmaqla digər şəxslərə mane törədirlər. Bu cür neqativ halların qarşısını almaq üçün tərəfimizdən lazımi tədbirlər görüləcək", - o vurğulayıb.
Qeyd edək ki, paytaxt ərazisində taksi fəaliyyəti ilə məşğul olan avtomobillər üçün xüsusi yerlər ayrılıb.



Postlarda son durum: Məhdudiyyət... - DİN
Peyvənd olunmayan taksi sürücüləri cərimələndi
DYP avtobus və taksi sürücülərinə müraciət etdi
DYP hərəkətə keçdi - Bu ərazilər avtomobillərdən təmizlənir
Polis nəzarət-profilaktik tədbirləri davam etdirir
Polis Qubadlıda təhlükəsizliyə tam nəzarət edir
Peyvənd olunmayan sürücülər cərimələndi
Lənkəranda polis tələbəni döyüb? - DİN-dən Açıqlama
Azad olunan ərazilərə getmək istəyənlər ƏLƏ KEÇDİ
Bakıda əl qumbarası tapıldı
Gəncədə yol polisi reyd keçirdi
"20 Yanvar" dairəsi ilə bağlı VACİB YENİLİK
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi 