Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) əməkdaşları Bakıda marşrut avtobusları üçün nəzərdə tutulmuş dayanacaqlarda taksilərin dayanmasına qarşı reyd keçirib.
ONN media xəbər verir ki, yol hərəkəti qaydalarının pozulması hallarının və tıxacların qarşısının alınması üçün keçirilən reyd bu dəfə paytaxtın Yasamal rayonu ərazisində, Şərifzadə küçəsində baş tutub.
Reyddə əsas məqsəd isə taksi sürücüləri ilə maarifləndirici söhbətlər aparmaq, onları qaydalardan xəbərdar etmək olub.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib ki, bu cür tədbirlər mütəmadi olaraq davam etdirilir: "Təbii ki, əsas məqsəd heç də cərimə yazmaq deyil. Burada yol polisi əməkdaşları sürücüləri qanuna tabe olmağa dəvət edir. Amma bəzi hallarda inzibati cərimə tədbirləri də effektiv nəticələr verir. Çalışırıq ki, cərimədən çox bu istiqamətdə maarifləndirmə işləri aparaq”.
Polis polkovniki taksi sürücülərinə müraciət edərək bildirib ki, bu cür qayda pozuntusu inzibati məsuliyyət yaradır: “Avtobus dayanacağında park etməyə görə cərimə məbləği 40 manatdır. Bir taksi sürücüsünün gündəlik qazancı ən yaxşı halda 40 manat ola bilər. Onu da qayda pozmaqla cərimə ödəsə, bəs evə nə aparacaq? Odur ki, sürücüləri qanunlara riayət etməyə dəvət edirik. Bu həm də digər vətəndaşların təhlükəsizliyi üçün əhəmiyyətlidir. Çünki dayanacağın tutulması sərnişinlərin məcburən yolun hərəkət hissəsinə çıxmasına səbəb olur. Bu isə həyati təhlükə yaradır”.
Qeyd edək ki, paytaxt ərazisində bu cür reydlər davamlı olaraq keçiriləcək.



Yol polisi Zərdabda reyd keçirdi
Bu şəxslərə MÜHÜM XƏBƏRDARLIQ - 100 manat cərimə ediləcəksiz
Qaradağda REYD: 15 sürücü saxlanıldı, səbəbi isə...
DYP REYD KEÇİRDİ: 15 sürücü cərimələndi
DYP: Zolağa daxil olan sürücülər cərimələnəcək
DYP sürücülərə növbəti dəfə xəbərdarlıq etdi
Azərbaycanda 4 yüksək rütbəli polis KORONAVİRUSA YOLUXDU
Bakı polisi reyd keçirir - Foto
DİQQƏT- Polis reydə başladı
Avtomobillərin texniki baxışdan keçməsi ilə əlaqədar "qaynar xətt" yaradıldı
Vaqif Əsədov xəstəxanaya yerləşdirildi
Yol polisi karantin rejimi ilə bağlı daha bir çağırış etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 