Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə iclasıında zərərçəkmişlər ifadə veriblər.
ONN media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində dindirilən İlham Kərimov bildirib ki, uzun illər Dövlət Gömrük Komitəsində işləyib.
O deyib ki, M.Mahmudov 57 min manat verəcəyini deyərək ondan 32 ədəd qızıl beşlik sikkə alıb: "Lakin indiyə qədər nə pulumu, nə də sikkələri geri qaytarmayıb".
M.Mahmudov isə zərərçəkmişin dedikləri ilə razılaşmayaraq söyləyib ki, həmin qızıl sikkələri əvvəl verdiyi brilliant tapança ilə əvəz edib: "Həmin vaxt İlhama 28 min manat dəyərində tapança verdim".
İ.Kərimov isə həmin söhbətin bu məsələyə aidiyyatı olmadığını bildirib.
Daha sonra zərərçəkmiş qismində Məzahir Ağayev dindirilib. O, qızıl alış-verişi ilə məşğul olan şirkətdə işlədiyini vurğulayıb.
Zərərçəkmişin sözlərinə görə, M.Mahmudovun ona 100 min manat borcu var.
Növbəti proses fevralın 21-nə təyin olunub.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.
O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə 90 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir.



“Bəli, söymüşəm, peşman da deyiləm”
Müğənni Vasif Məhərrəmlinin mülki iddiası təmin edilib
Maqsud Mahmudovun məhkəməsi bu tarixdə keçiriləcək
Prokuror Maqsud Mahmudova 14 il həbs istədi
Maqsud Mahmudovun məhkəməsi başlayıb
Bakıda məhkəmə hakimi həbs edildi - ŞOK SƏBƏB
Eldar Həsənovun qudası məhkəmədə ifadə verdi
Qızıl alverçisinə ağır cəza verildi
Deputat Elmira Axundovanın oğlu məhkəmədə ifadə verib
Brilliant Dadaşovanın bacısı oğlu həbs olundu
Alim Qasımovun saxlanılan kürəkənindən XƏBƏR VAR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 