Bakı Ağır Cinayətlər Məhkəməsində Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən Mahir Əliyev İnqlab küçəsində Maqsudun ona obyekt satdığını deyib.
"Obyektin aylıq icarəsinə ayda 8 min manat istəyirdi. Maqsudun adamları qiymət dedi. Obyekti 310 min dollara satdı. Aslan Qəhrəmanov dedi ki, obyekt mənimdir, Maqsud satır. 3 ay sonra dedilər ki, bizi məhkəməyə verib obyekti geri qaytarmaq istəyir. Mən də Maqsuddan pulumu tələb elədim. Bizə and içdi ki, pulu verəcək. Sonra pulu vermədi, obyekt də qaldı özümüzə. Yoldaşı bizi obyektə görə məhkəməyə verdi", - deyə şahid bildirib.
Prosesdə ifadə verən Mübariz Məmmədov isə deyib ki, o, Maqsud Mahmudovun lombardında sürücü işləyib:
"Mən qızılları işçilərlə birlikdə gedib bankdan götürüb gəlirdim. Maqsud dəfələrlə mənə qızıl verib, aparıb Rasim Əlibəyliyə vermişəm. Rasim dəfələrlə lombarda gəlirdi".
Digər şahid İlham Hüseynov bildirib ki, o, zərgər işləyib:
"Həmişə gəlib bizdən qızıl götürürdü, pul verirdi. Axır vaxtlar gəlmədi, dedilər müflis olub. "Həyat ağacı" və vaza suvenirlərini Maqsud gətirib bizə girov qoydu. O qaçandan sonra ayrı-ayrı şəxslər gəldi ki, mallar bizimdir. Pul ödənilmədiyi üçün biz malları vermədik. 2019-cu ilin may ayından sonra Maqsud bizə bir manat da faiz ödəmədi. 2 il də gözlədik ki, pul ödəsin, sonra Mədinə xanım gəlib pulu ödədi".
Məhkəmədə ifadə verən Mədinə İsrafilova isə bildirib ki, bu günə qədər də Maqsudun yerinə pul ödəyir:
"Mən hələ də onun əvəzinə pul ödəyirəm. Hazırda adıma bankda 70 min manat kredit qalıb. Maqsud mənim şəklimi icra başçısı ilə birlikdə paylaşıb şantaj edirdi. Mənimlə bağlı şantaj videoları hazırlayıb hədələyirdi".
Vəkil Maqsud Mahmudovun girovluqda olan qızıl-zinət əşyalarının qiymətləndirilməsi ilə bağlı ekspertizanın keçirilməsi üçün vəsatət qaldırıb. Hakim vəsatəti rədd edib və məhkəmə istintaqı başa çatıb.
Sonda Maqsud Mahmudov zərərçəkmişlərə müraciət edib:
"Gəlin, belə danışaq. Məni təhqir etməyin. Mənim sizə verəcək pulum yoxdur. Gəlin, sizə nə verirlər, götürün, əmlakımı bölüşün. Mənə onsuz da iş verəcəklər, sizin də əliniz hər şeydən çıxacaq. Gəlin, öz aranızda razılığa gəlin, mənim əmlakımı bölüşün. Mən də gedim cəzamı çəkim".
Proses aprelin 25-də davam etdiriləcək.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.
O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə 90 nəfər zərərçəkmiş var.



“Bəli, söymüşəm, peşman da deyiləm”
Maqsud Mahmudovun məhkəməsi bu tarixdə keçiriləcək
Maqsud Mahmudovun məhkəməsi başlayıb
Prokuror Maqsud Mahmudova 14 il həbs istədi
Müğənni Vasif Məhərrəmlinin mülki iddiası təmin edilib
Oğurluq etdiyi evin sahibini qətlə yetirən şəxsə höküm oxundu
Prezidentən Maqsud Məmmədovla bağlı SƏRƏNCAM
Bakıda məhkəmə hakimi həbs edildi - ŞOK SƏBƏB
Eldar Həsənovun qudası məhkəmədə ifadə verdi
İstəyirəm məhkəmə tez başa çatsın, mən də.... - Eldar Həsənov (YENİLƏNDİ)
Metroda sevgilisini bıçaqladı və...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 